Dahi, əvəzsiz şəxsiyyət, ümummilli lider Heydər Əliyevin bütün dolğun həyatı, tükənməz fəaliyyəti, parlaq ömrü, zəngin irsi və ümumən ona məxsus nə varsa, hamısı Azərbaycan xalqı üçün çox dərin bir örnək nümunəsidir. Bu bir həqiqətdir ki, Heydər Əluiyev Azəraycanı vətəndaş müharibəsindən qurtardı, müstəqilliyimizi dönməz etdi, sabitlik və təhlükəsizliyin qarantı oldu, ölkəni inkişafa, firavanlığa doğru addımlayan, dünya birliyində layiqli yerini tutmuş bir dövlətə çevirdi. O, bir siyasətçi və dövlət xadimi kimi ən uca missiyasını gerçəkləşdirərək müasir Azərbaycan dövlətinin memarı oldu və müasir tarixini öz əlləri ilə yazdı. Bu şəxsiyyətin həyatını öyrənməyin, onun gördüyü işlərin, başladığı layihələrin tarixi əhəmiyyətini dərk etməyin özü böyük bir tarixi məktəbi bitirmək deməkdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövrdə ölkənin həyatında, xalqın taleyində elə bir əzəmətli rol oynayıb ki, bu, əsrlər boyu unudulmyacaq, çünki Azərbaycanın hər bir bölgəsində onun quruculuq fəaliyyətinin silinməz izləri vardır.
Ulu öndər, müasir Azərbaycanın memarı Heydər Əliyev Azərbaycan dövlətinin tərəqqi və inkişaf yolunu böyük uzaqgörənliklə müəyyənləşdirmiş, xalqımızın müstəqil dövlətçilik arzularını reallığa çevirmişdir. Azərbaycanda müstəqilliyin əbədi, daimi, dönməz xarakter alması, sabitliyin yaranması, milli-mənəvi yüksəlişə, sosial-iqtisadi inkişafa nail olunması ulu öndərin adı ilə bağlıdır.
Azərbaycan müstəqillik qazadıqdan sonra ölkəmizin qarşısında bir sıra mühüm vəzifələr dayanırdı. Bunların və demək olar ki, ən başlıcası, demokratik inkişaf yolu tutmaq idi. Müaasir və müstəqil dövlət kimi Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasında görmək xalqımızın tarixən ən böyük arzusu olmuşdur.
Müasir Azərbaycanın milli dövlətçiliyinin memarı, ümummilli liderimiz Heydər Əliyev həyatı boyu xalqa arxalanmışdı: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyinə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.
Zəmanəmizin dahisi-müstəqil Azərbaycan dövlətinin müdirk rəhbəri ulu öndərimiz Heydər Əliyevin əməyi sayəsində Azərbaycan dünya xəritəsində öz layiqli təcəssümünü tapdı.
Ümummilli Lider xalqımız qarşısında ən böyük xidmətlərindən birini – xilaskarlıq missiyasını yerinə yetirdi, Heydər Əliyevin Qayıdışı Azərbaycanın Qurtuluşunu təmin etdi. Ümummilli Liderin zəngin dövlətçilik təcrübəsi və məqsədyönlü siyasəti sayəsində xaosun, vətəndaş qarşıdurmasının qarşısı alındı və sabitlik təmin edildi.
Keçən hər gün bir daha sübut edir ki, Azərbaycanın yeganə düzgün yolu Ümummilli Lider ideyalarına sədaqətdir. Məhz bu yol xalqımızı və dövlətimizi daha xoş, firavan gələcəyə aparır. Ümummilli Lider realist bir insan olaraq hər zaman hadisələrə praqmatik yanaşır, tarixi şəraitdən düzgün nəticə çıxarır və ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin mahir ustadı idi.
Respublika rəhbərliyinə qayıdışından sonra Heydər Əloyev bütün varlığı Azərbaycanı çətin vəziyyətdən çıxarmaq, sabitliyi bəepa etmək, Azərbaycanın sürətli inkişafını təmin etmək məqsədilə çox gərgin fəaliyyət göstərirdi.
Müasir Azəbraycan dövlətçiliyinin yaradıcısı, dövlət müstəqilliyimizin, ərazi bütövlüyümüzün, demokratik dəyərlərimizin qarantı, xilaskarlıq, quruculuq missiyasını gerçəkləşdirən tarixi şəxsiyyət olan Heydər Əliyev cənablarının böyüklüyünü, dahiliyini, heç kim dana bilməz. Heydər Əiyev öz möhkəm iradəsi, və qətiyyəti, əzmi və mübarizliyi ilə ölkədə baş alıb gedən siyasi qarşıdurmanın, xarici düşmənlərimizdən dəstək alan daxili separatçıların, xaos və hərc-mərcliyin qarşısına sədd çəkib sabitliyi qoruruyb saxladı.
Azərbaycan xalqının böyük oğlu, müasir Azərbaycan Respublikasının memarı və xilaskarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütövlükdə türk dünyasının görkəmli öndərlərindən biridir. Heydər Əliyev yeni tarix yaradan dövlət xadimi olmuşdur. Həyatı daima xalq və haqq yolunda mübarizədə keçən bu dahi insan məhz özünün fitri istedadi, yüksək intellekti, fenomenal yaddaşı, rəhbərlik məharəti, cəsarəti, mərdliyi, güclü iradəsi, idarəçilik mədəniyyəti, böyük həyat və dövlətçilik təcrübəsi ilə bütün bu çətinliklərin öhdəsindən ləyaqətlə gəlmiş, Azərbaycan xalqını və dövlətini məhv olmaq təhlükəsindən xilas etmiş, ölkəmizi iqtisadi tənəzzüldən inkişaf və tərəqqi yoluna çıxarmışdır. Azərbaycanın taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Xalqın ictimai-siyasi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır.
Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmış, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərmişdir. Bir qərinədən də çox zaman kəsiyində Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyev təkcə bu dövrdə deyil, bütün həyatı boyu xalqımızın rifahını düşünərək, bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanıb. Müasir tariximizə ən böyük azərbaycanlı kimi həkk olunmuş Heydər Əliyev dövrün ən sərt və çətin sınaqlarından keçərək, qədirbilən xalqımıza milli dövlətçilik ənənələrini vahid sistem halına salaraq özünütəsdiq imkanı qazandırıb, müstəqil dövlətdə yaşamaq və özünü idarə etmək haqqını qorumağı bacarıb.
Müasir Azərbaycan tarixinin 30 ildən artıq dövrü məhz dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada Heydər Əliyev dühası hiss olunmasın.
Ulu öndər Heydər Əliyev hər birimizin qəlbində öz əməlləri, ölməz ideyaları ilə əbədi qalacaqdır. Əsrlər, qərinələr keçəcək, Azərbaycan xalqı yaşadıqca, Heydər Əliyev də unudulmayacaq, daim xatırlanacaq. Onun möhkəm özüllər üzərində qurduğu daxili və xarici siyasət kursu ölkəmizi daim irəliyə doğru aparacaq. Müdrik şəxsiyyətin həyatının və fəaliyyətinin bütün istiqamətləri xalqımızın bugünü və gələcəyi üçün nurlu yoldur.
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, böyük siyasətçinin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Ulu Öndər Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz Ümummilli Lider mövqeyi qazandırıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Azərbaycan xalqı haqlı olaraq Ümummilli Lider Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir.
Ulu öndər Heydər Əliyev hər birimizin qəlbində öz əməlləri, ölməz ideyaları ilə əbədi qalacaqdır. Əsrlər, qərinələr keçəcək, Azərbaycan xalqı yaşadıqca, Heydər Əliyev də unudulmayacaq, daim xatırlanacaq. Onun möhkəm özüllər üzərində qurduğu daxili və xarici siyasət kursu ölkəmizi daim irəliyə doğru aparacaq. Müdrik şəxsiyyətin həyatının və fəaliyyətinin bütün istiqamətləri xalqımızın bugünü və gələcəyi üçün nurlu yoldur.
Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz həyat məktəbidir. Müasir Azərbaycanın memarı Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq və hər zaman dərin ehtiramla yad ediləcəkdir.
Azərbaycan xalqının yaddaşına xilaskar, qurucu, yaradıcı lider kimi həkk olunan bu dahi insan təkcə bizim yox, bütün dünya azərbaycanlılarının fəxrinə çevrilmişdir. Heç kəs unutmamalıdır ki, Azərbaycanı parçalanmaqdan qurtaran, beynəlxalq aləmdə tanıdan, bugünkü firavan, azad həyatımızın banisi məhz Heydər Əliyevdir.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi,hüquq üzrə fəlsəfə doktoru,Musayeva Ulduz Əliyar qızı