08:34

Ermənilər sərhədimizdə yeraltı tunel sistemləri qurur - FOTO


Ermənistan hərbçiləri Basarkeçər rayonunun Yuxarı Şorca kəndində genişmiqyaslı yeraltı tunel sistemləri inşa etmək qərarına gəliblər.

Resmixeber.info xəbər verir ki, bu addım, əsasən, bölgədəki hərbi birləşmələrin açıq hədəfə çevrilməsinin qarşısını almaq məqsədi daşıyır. Tunel sistemi hərbçilərin gizli şəkildə hərəkət etməsini təmin edəcək və müasir münaqişələrdə artan müşahidə və atəş riskini minimuma endirəcək.

Layihə çərçivəsində bir-birilə əlaqələndirilmiş tunellərin yaradılması nəzərdə tutulur. Qazıntı işlərində xüsusi texnika və texnologiyalardan istifadə edilməsinə başlanıldığı bildirilir.

Azərbaycanın mövqelərinə yaxın ərazilərdə baş verən bu cür hərbi fəaliyyətlər, bölgədə gərginliyin yenidən yüksəlməsinə səbəb ola bilər.

Ekspertlər qeyd edirlər ki, Ermənistanın bu təşəbbüsü bölgədəki hərbi balansı dəyişdirmək niyyətini əks etdirir. //musavat