07:18

Card to card” əməliyyatları - Vergidən yayınmağın yeni üsulu


“Kredit kartları üzrə şərtlərin hansı istiqamət üzrə sərtləşdirilməsi qeyd olunmasa da, daha əvvəl Dövlət Vergi Xidməti tərəfindən “card to card” əməliyyatlarına nəzarətin gücləndirilməsi ilə bağlı açıqlamalar var. Bəzi hallarda “card to card” əməliyyatları vergidən yayınmağa gətirib çıxarıb”.
Resmixeber.info xəbər verir ki, bunu iqtisadçı millət vəkili Vüqar Bayramov deyib.
O bildirib ki, vətəndaş hər hansı bir məhsul alır və ya xidmətdən istifadə edir, kart vasitəsilə ödəniş etmək istəyəndə sahibkar POS-terminalının işləmədiyini bildirir:
"Bu zaman təklif edir ki, “card to card”, yəni, kartdan karta ödəniş həyata keçirilsin. Bu tip ödənişlər vergidən yayınmağa gətirib çıxarır. Burada vacib məqamlardan biri ondan ibarətdir ki, kartdan karta ödənişlərin tənzimlənməsi fonunda vergi ödəyicisi subyekti olmayan əməliyyatların həyata keçirilməsində hər hansı çətinlik olmasın. Əksər hallarda “card to card” bir şəxsin yaxınına və ya tanışına vəsait göndərməsi anlamına gəlir: “Bəzi hallarda ehtiyac olanda vətəndaş öz yaxınından “card to card” əməliyyatı vasitəsilə vəsait əldə edə bilir. Ona görə də bu istiqamətdə şərtlər yeniləşərsə, yalnız vergidən yayınmaya xidmət edən əməliyyatları əhatə etməlidir. Digər istiqamətlərdə, xüsusilə vətəndaşların artıq vergi ödədiyi sərbəst vəsaitlərin istifadəsində hər hansı çətinlik yaratmamalıdır”.//bakupost