23:49

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın kişilərdən ibarət yığması qalib gəlib

Azərbaycanın kişilərdən ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə start götürən 45-ci Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıb.

I turda İordaniya ilə qarşılaşan yığmamız rəqibini 3,5:0,5 hesabı ilə üstələyib.

Qeyd edək ki, qadınlardan ibarət komandamız Nikaraquanı məğlub edib - 4:0. Kapitanı Mixail Şereşevski olan qadınlardan ibarət kollektiv Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovan ibarətdir.