21:49

Rəfail Mehdiyev işdən çıxarıldı - Yeni təyinat


Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rəfail Mehdiyev vəzifəsindən azad edilib.

Resmixeber.info bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, bu barədə müvafiq əmr imzalanıb.

Digər əmrlə Cəmil Kamilli yeni idarə rəisi təyin edilib.

Qeyd edək ki, C.Kamilli tanınmış həkimdir, illərlə həkim-qastroenteroloq kimi fəaliyyət göstərib.

***

Ədliyyə Nazirliyindən saytımıza bildirilib ki, Rəfail Mehdiyev Tibb baş idarəsinin rəis müavini olaraq fəaliyyətini davam etdirir.