21:45

Filarmoniyada ƏMƏLİYYAT: saxlanılanlar var - YENİLƏNİB



Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib.
Resmixeber.infonun "demokrat.az"a istinadən məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirib.

Məlumata görə, əməliyyat zamanı bir neçə nəfər saxlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilməsi barədə xəbər nə təsdiq, nə də ki təkzib olunub.