Xəbər verdiyimiz kimi, iyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxış Elşən oğlu Baxışlı və əsgər Əli Elşən oğlu Nağıyev dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat edib.
Resmixeber.info musavat.com-a istinadla xəbər verir ki, mayor Baxış Baxışlı Tərtər rayonundandır, atası Tərtər Rayon İcra Hakimiyyətinin məsləhətçisi, əmisi oğlu Nahid Bağırov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısıdır.
Mərhum nişanlı olub.