06:22

Rəşid Mahmudovun qızı kürəkəni tərəfindən qətlə yetirilib? - AÇIQLAMA


Tanınmış ictimai xadim, Azərbaycan Tibb Universitetinin dosenti Rəşid Mahmudovun qızının əri tərəfindən öldürüldüyü iddia edilir.

Resmixeber.info oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı məlumatlar sosial şəbəkələrdə paylaşılır. İddialara görə, R.Mahmudovun qızının həyat yoldaşı ilə münasibətləri yaxşı olmayıb.

Məsələ ilə bağlı Rəşid Mahmudovla əlaqə saxladıq.

R.Mahmudov açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Bütün bunlar yalandır və kim tərəfindən yazıldığını da bilirəm. Mənim qızım sağ-salamatdır, ailəsində də hər şey, şükür Allaha, qaydasındadır. Əslən Füzuli rayonundan olan bir nəfər var, illərdir mənim və ailəm barədə yalan məlumatlar yazdırır. Bir dəfə də yazmışdı ki, "Rəşid Mahmudov öldü və öldükdən sonra vəsiyyət elədi". Bir adam da demir ki, adam öləndən sonra vəsiyyət edərmi? Bu cür yalan məlumatları tirajlamamağınızı rica edirəm. Mənim qızım da, özüm də sağ-salamatıq".