23:39

Azərbaycanın fəxri


Sənəti ilə xariqələr yaradan professor Media Araşdırma Mərkəzi tərəfindən "Azərbaycanın fəxri" ali media mükafatına layiq görülüb.
Xatırladırıq ki,tanınmış rəssam,professor Mənsur Cəfərov 2008-ciildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının göndərişi ilə Türkiyənin Trabzon Karadəniz Texniki Universitetinin rəngkarlıq bölümündə professor olaraq çalışmışdır. Rəssamlıq sahəsində çox böyük uğur və nailiyyətlərə imza atmışdır.
Çəkdiyi sənət əsərləri müxtəlif və rəngarəngdir. Onun yaratdığı əsərlər arasında "Heydər Əliyev" və "R.T.Ərdoğan" da var.
2023- cü və 2024-cü illərdə "İlin Rəssamı" və "Qızıl Fırça" mükafatlarına və bir çox diplomlara layiq görülüb.
Xüsusilə qeyd etmək lazımdır ki,Mənsur Cəfərovun yaratdığı unikal əsər sayılan "Sultan Süleyman" əsəridir. Bu əsər Türkiyə Dövləti tərəfindən yüksək qiymətləndirilib və bir çox sənədlərdə istifadə olunur.
Bununla bərabər yaratdığı əsərlərlə bərabər Mənsur Cəfərovun əməyi Türkiyədə müxtəlif qurumlar,eləcədə YÖK (Yüksek Öğretim Kurulu) tərəfindən yüksək səviyyədə qiymətləndirilib.Professor elmi dərəcəyə layiq görülüb.Hazırda onun əsərləri sərgilərdə və dövlət tədbirlərində nümayiş olunur.
Təsadüfi deyil ki,onun əməyini Türkiyə dövləti yüksək qiymıtləndirərək müxtəlif diplom və adalara layiq görüb.Bu yaxında "ULUSLARARASI BARIŞ ELÇİSİ" mükafatına layiq görülüb.