Ötən gün Media Araşdırma Mərkəzi və Azər.KİVİHİ tərəfindən H.Əliyevin 100 illik yubileyi və 10 May anım günü münasibətilə keçirilən tədbirdə rəssam Mənsur Cəfərov "Heydər Əliyev" medalına layiq görülüb.
Xatırladırıq ki,Mənsur Abbasəli oğlu Cəfərov 1957-ci ildə Naxçıvan MR-da anadan olub.
İlk öncə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında,sonra isə Azərbaycan Dövlət İncəsənət Universitetinin Rəssamlıq fakultəsində təhsil alıb.
1997-ci ildən Rəssamlar İttifaqının üzvüdür.2007-ciildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Rəngkarlıq bölümündə dosent adını almışdır.
Daha sonra Rəssamlıq Akademiyasında dekan müavini vəzifəsində çalışıb.Müxtəlif rəssamlar konqresində iştirak edib.
2008-ciildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının göndərişi ilə Türkiyənin Trabzon Karadəniz Texniki Universitetinin rəngkarlıq bölümündə professor olaraq çalışmışdır. Rəssamlıq sahəsində çox böyük uğur və nailiyyətlərə imza atmışdır.
Çəkdiyi sənət əsərləri müxtəlif və rəngarəngdir. Onun yaratdığı əsərlər arasında "Heydər Əliyev" və "R.T.Ərdoğan" da var.
2023- cü və 2024-cü illərdə "İlin Rəssamı" və "Qızıl Fırça" mükafatlarına və bir çox diplomlara layiq görülüb.
Xüsusilə qeyd etmək lazımdır ki,Mənsur Cəfərovun yaratdığı unikal əsər sayılan "Sultan Süleyman" əsəridir. Bu əsər Türkiyə Dövləti tərəfindən yüksək qiymətləndirilib və bir çox sənədlərdə istifadə olunur.
Redaksiya adından Mənsur Cəfərovu təbrik edir və yaradıcılığında yeni-yeni uğurlar arzu edirik.