Bu gün intihar edən Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi İlqar Dadaşov dəfn olunub.
Resmixeber.info xəbər verir ki, dəfn mərasimi Xırdalan şəhər qəbiristanlığında baş tutub.
Qeyd edək ki, İlqar Dadaşov 1962-ci ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. O, 1984-1989-cu illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.
1989-1993-cü illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Neftçala rayon hüquq məsləhətxanasında vəkil kimi çalışıb. 1993-2000-ci illərdə Azərbaycan Respublikası Prokurorluğunda idarə prokuroru olub.
2000-2007-ci illərdə Azərbaycan Respublikası İqtisad Məhkəməsində, 2007-2010-cu illərdə isə Bakı Apellyasiya Məhkəməsində hakim vəzifəsində çalışıb.
İ.Dadaşov 2010-cu ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi olub.
Tanınmış hakim 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
Mərhumun Aysel və Kənan adında iki övladı qalıb.//bakupost