Bildiyiniz kimi ötən il dünya şöhrətli siyasətçi,dahi lider və Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100illik yubileyi qeyd olundu.
Onun xatirəsini əbədiləşdirmək üçün müxtəlif tədbirlər,xatirə gecələri və təqdimatlar keçirildi.Dahi şəxsiyyətin irsinin təbliği və hakimiyyəti dövründə dövlət üçün,xalq üçün gördüyü işləri işıqlandıran ziyalılar müxtəlif diplom və orden medallarla mükafatlandırıldı.
Qarşıdan Ulu öndər Heydər Əliyevin anım günü gəlir.Bu münasibətlə respublikanın aparıcı mütəxəssisləri mükafatlandırma davam edir.
AMEA –nın bir sıra alimləri,o cümlədən Bakı Dövlət Universitetinin professoru Azərbaycan Coğrafiya Cəmiyyəti rəyasət heyətinin üzvü, BDU-nun Coğrafi ekologiya kafedrası müdiri, coğrafiya elmləri doktoru, professor Şövqi Yusifziya oğlu “Heydər Əliyev”adına diplom və müdalla təltif olunub.
Dəyərli alim Ş.Göyçaylı 1935-ci ildə Şəkidə anadan olub. 1953-cü ildə Göyçay şəhərindəki orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsində iqtisadi-coğrafiya ixtisasına yiyələnib. 1962-1980-cı ilə kimi BDU-nun İqtisadi-coğrafiya kafedrasında metodist, müəllim, dosent vəzifələrində işləyib, 1981-ci ildən hazırkı vaxta qədər Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə kafedrasının müdiri vəzifəsində çalışır.
Coğrafiyanın problemləri, Ekologiya və ətraf mühiti mühafizə, təbii ehtiyatlardan səmərəli istifadə və s. onun əsas tədqiqat sahələrindəndir. Bu və digər mövzulara həsr olunmuş 160-dan çox elmi məqalə, 3 monoqrafiya, 10 kitabın, 4 xəritənin müəllifidir. Azərbaycanda ekoloji təhsilin əsas yaradıcılarından olub, 1987-1991-ci illərdə SSRİ Təhsil Nazirliyinin Ekologiya və ətraf mühiti mühafizə elmi-metodik şurasının üzvü, 1995-ci ildən sonra Azərbaycan Təhsil Nazirliyinin Ətraf mühiti mühafizə üzrə elmi-metodik şurasının sədri və üzvü seçilib. Hazırda Nazirliyin Ekologiya üzrə elmi-metodik şurasının sədri kimi fəaliyyət göstərir.
Şövqi Göyçaylı Əməkdar müəllim fəxri adına layiq görülüb. 2010-cu ildə prezident İlham Əliyev tərəfindən Şöhrət ordeni ilə təltif olunmuşdur.
Təqdimat zamanı professor Ulu öndər Heydər Əliyev haqqında çıxış edib və xatirələrini bölüşüb.Həmin çıxışı sizə təqdim edirik:
“Çox hörmətli xanımlar və cənablar,mən Azərbaycanda H.Əliyevin rəhbərliyi dövrünü yaşamışam və fəaliyyət göstərmişəm.Onun yaratdıqlarını duymağa,öyrənməyə çalışmışam.Məhz ona görə də qürur hissi keçirirəm.
Ümummilli lider yaşadığı dövrləri sovet dövrünə keçid və bazar iqtisadiyyatı dövrlərini olduğu kimi qitmətləndirilmiş və eyni zamanda istedadına uyğun fəaliyyət göstərə bilmişdir.
Sovet dövründə mərkəzi hakimiyyətin respublikalara yaratdığı məhdudiyyətlərə baxmayaraq lider özündə siyasi iradə taparaq Azərbaycanın xeyrinə maksimum səviyyədə fəaliyyət göstərmişdir.İqtisadiyyat,sosial həyat,elm,təhsil və kadr hazırlığı yüksəldilmiş,idarəetmə sistemi və s. sahələr təkmilləşdirilmişdir.
Azərbaycan qabaqcıl respublikalar sırasına çıxarılmışdır.
Keçid dövründə böyük çətinliklər və gərginliklərə baxmayaraq ölkədə sabitlik yarada bilmiş və islahatları müvəffəqiyyətlə həyata keçirmişdir.
Müstəqillik illərində həyatın bütün sahələrindənailiyyətlər qazanılmış,balanslı siyasət həyata keçirilmişdir.Elm və təhsilin inkişafı,kadr hazırlığına daha yaxın olduğum üçün bu sahədəki nailiyyətlər məni daha çox fərəhləndirmişdir.Həmin sahə bu gün də milliliyini saxlamaqla dünyaviləşməkdədir.Elmi dünyagörüşlər,ixtisaslar ,fənlər yüksək səviyyədə tronsformasiya olunmaqdadır.Həyatımızınmüxtəlif sahələrində Ümummilli Liderin ideyaları tətbiq olunmaqdadır.Onun ideyalarını davam etdirən cənab Prezidentimiz İlham Əliyev müasir Azərbaycanın idarə edilməsinin yeni modelini yaratmışdır.Həmin modelbir birini tamamlayan konsepsiyalarla həyata keçirilməkdədir.
Azərbaycançılıq ideyalarını həyata keçirmək,neft kapitalının insan kapitalına çevirmək,yaşıl iqtisadiyyatın Azərbaycan şəraitinə uyğunlaşdırmaq,ən başlıcası”Yaşıl dünya naminə” həmrəylik proqramına bir il ərzində ev sahibliyi etməyin böyük əhəmiyyəti vardır.Bu hadisə aşağıdakıları ehtiva edir:
Beynəlxalq əməkdaşlığı möhkəmləndirmək,iqlim dəyişikliyi ilə əlaqədar elm,praktika idarəetmə sahəsində təcrübəıləri ümumiləşdirmək,müharibələrə,silahlanmalara,terrora yox demək,qoşulmamağa meylilik ruhunu yaşatmaq.Yer kürəsində həyatın daimiliyini,dövrülüyünü uzatmaq,gələcək nəsillərin xoşbəxt həyatına təminat yaratmaqdır.
Diqqətinizə görə təşəkkür edirəm.”
Biz də redaksiya adından Şövqü müəllimi təbrik edir,ona uzun ömür və can sağlığı arzu edirik.