Ağcabədi sakini Emin Quliyev başqa avtomobilin cəriməsinin ona yazıldığını iddia edir.
resmixeber.info xəbər verir ki,xezerxeber.az-ın məlumatına görə, son vaxtlar Bakıya yolu düşməyən Ağcabədi sakini paytaxtda cərimə edildiyini biləndə xeyli təəccüblənib.
Emin Quliyev ona yol polisi tərəfindən 40 manat məbləğində cərimə yazıldığını bildirir.
Emin Quliyev bildirib ki, ona aid olmayan və ümumiyyətlə, heç bir əlaqəsinin olmadığı nəqliyyat vasitəsinin cəriməsi onun idarə etdiyi avtomobilə yazılıb.
O, cərimədən bir neçə gün əvvəl elektron hökumət portalındakı şəxsi kabinetinə daxil olarkən xəbər tutub. Avtomobilə cərimə Bakının Sabunçu rayonu ərazisində yol nişanının tələbələrinə riayət edilmədiyinə görə yazılıb.
Məsələ ilə bağlı Ağcabədi Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsindən bildirilib ki, bununla bağlı bölməyə heç bir müraciət daxil olmayıb. Vətəndaş yaranmış problemlə bağlı müraciət etdiyi halda iddia araşdırılacaq.