05:34

Medala layiq əməkdar müəllim

Müəllim dünyanın ən müqəddəs xilqətidir. Bu müqəddəsliyin qarşısında ən məğrur başlar əyilib. Müəllim ömrü damcı-damcı yanan şama bənzəyir. O, günbəgün, saatbasaat yandıqca yüzlərcə qəlbdə bilik, savad şamı yandırır. Bəli, müəllimlik çox şərəfli həm də çox çətin peşədir. Əsl müəllim çətinliklərdən qorxmaz, daim yeniliyə tərəqqiyə can atar. Müasir dövr müəllim qarşısında daha ciddi tələblər qoyur.
Bu tələblərin öhdəsindən müvəffəqiyyətlə gələn müəllimlərdən biri də Hüsniyyə Bəhlul qızı İbrahimovadır.

Hüsniyyə İbrahimova ötən gün Media Araşdırma Mərkəzi tərəfindən "Heydər Əliyev "" diplomu və medalına layiq görülüb.
Xatırladırıq ki,o, uzun müddətdir ki,təhsil sahəsində çalışır və fəal müəllimlərdən biridir.
Hüsniyyə İbrahimova Sumqayıt şəhər 25 saylı tam orta məktəbin ingilis dili müəllimi olaraq nümunəvi və özünəməxsus metodlarla uşaqların rəğbətini qazanıb.
Eləcə də ingilis dili ilə yanaşı dövləti,dövlətçiliyi,vətənpərvərliyi mükəmməl təbliğ edir.Təsadüfi deyil ki, 2021-ci ildə dövlət başçısı Hüsniyyə İbrahimovaya əməkdar müəllim adını verib..Sosial şəbəkələrdə təhsillə bağlı müxtəlif çıxışları var.
Öz yetirmələrinin savadlı, dərin düşüncəli, geniş dünyagörüşlü, humanist insan kimi yetişməsinə bütün varlığı ilə çalışan müəllimlərdəndir.
Hüsniyyə müəllimi redaksiya adından təbrik edirik.