05:13

Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA


Xəbər verdiyimiz kimi, Bakı Dəmiryolu Vağzalı ərazisində atomobillərin parklanma qiyməti müəyyənləşib.

Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Bakı Dəmiryolu Vağzalı ərazisində olduqca bahalı tariflə hesablanan parklanma qiymətləri sosial şəbəkələrdə etirazlara səbəb olub.

Belə ki, yeni tariflərə görə, parklanmanın qiyməti 1 manatdan 30 manatadək müəyyən edilib.

Dəmiryolu ərazisində 3 saatlıq dayanmaq üçün 10 manat ödəniş tələb olunur. Qiymətlərin baha olması sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.

resmixeber.info xəbər verir ki,mövzu ilə bağlı millət vəkili Naqif Həmzəyev Moderator.az-a danışıb.

Millət vəkili bildirib ki, vağzalın üst hissəsində qiymətlərlə bağlı sosial şəbəkələrdə müzakirələr gedir:

“Burada nəzərə almaq lazımdır ki, parklanma sırf sərnişinlərin gətirilməsi və aparılması üçün nəzərdə tutulan parklanma yeridir. Burada əsas hədəf ondan ibarətdir ki, 15 dəqiqə ərzində avtomobil gəlib sərnişini düşürüb getsin. Yaxud sərnişini götürüb getsin və həmin müddətdə parklanma pulsuzdur. Ola bilər ki, yaxın gələcəkdə pulsuz parklanma müddətini 15 dəqiqədən 20-30 dəqiqəyə keçirsinlər. Ancaq ümumilikdə burada çox ucuz qiymətə parklanma olacağı təqdirdə avtomobil saxlamağa yer tapılmayacaq. Düşünürəm ki, burada əsasən bu nəzərə alındığı üçün qiymətlər belə bahadır. Həmin əraziyə baxış keçirsəniz, görərsiniz ki, orada yer azdır. Maksimum 100 avtomobilin parklanması mümkündür. Biz beynəlxalq hava limanını və oradakı parklanma yerini götürsək, orada kifayət qədər çox yer var. Burada qiymətlər müəyyən qədər ucuz ola bilər. Bəzən sərnişinlər hava limanından çıxdıqda avtomobillərini həmin parkinqdə saxlayırlar. Bu baxımdan da beynəlxalq hava limanında parklanma qiymətlərinin aşağı salınması daha yaxşı olardı. Ancaq dəmiryolu vağzalında məhz sözügedən yerdə qiymətlərin bu cür baha olmasının əsas səbəbi həmin ərazilərdə avtomobillərin daha rahat hərəkət etməsidir. İstənilən halda harada ki parklanma yerləri çoxdur, orada müəyyən güzəştlər və endirimlər edilə bilər. Bunları aidiyyəti qurumlar nəzərdən keçirməli, ekspert rəyləri əsasında xüsusilə də sərnişinlərin istəkləri nəzərə almaqla bir çox güzəştlər həyata keçirilə bilər”.