08:39

Bölgələrdə ard-arda qəzalar BAŞ VERİB VİDEO



Bərdədə ölümlə nəticələnən yol qəzası olub. Hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.

resmixeber.info xəbər verir ki, 70 yaşlı Nəriman Ağamirzəyevin idarə etdiyi avtomobil, 46 yaşlı Etibar Məmmədovun idarə etdiyi evakuatora arxadan çırpılıb.

Qəza nəticəsində maşın ağaca çırpılıb, Nəriman Ağamirzəyev hadisə yerində ölüb.

Ağdaşda da ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Gecə saatlarında Ağdaş şəhəri ərazisində sürücü Mürsəl Əliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi əvvəlcə ağaca, daha sonra yolun kənarında dayanan yük avtomobilinə çırpılıb.

Müxtəlif xəsarətlər alan avtomobildəki sərnişin, 43 yaşlı Ceyhun Qəhrəmanov hadisə yerində ölüb.

Hər 2 faktla bağlı araşdirma aparılır.//xezerxeber