23:13

"Şərəfli ömür yolu"...

Media Araşdırma Mərkəzi və Azər KİVİHİ tərəfindən tanınmış əməkdar müəllim Fəridə İbrahimova "Şərəfli ömür yolu" alimedia mükafatına layiq görülüb.

İbrahimova Fəridə İbrahimva 1980-1985- ci illərdə Azərbaycan Dövlət Universitetinin Coğrafiya fakultəsində təhsil alıb;



Ali məktəbi bitirdikdən sonra 1985-1986- cı illərdə Ağdam rayonu, İmamqulubəyli kənd orta məktəbində Coğrafiya müəlliməsi kimi fəaliyyət göstərib;



1990- cı ildən Səbail rayonu, T.Məmmədov adına 239 nömrəli məktəbdə müəllimlik fəaliyyətinə başlayıb;



Bu illər ərzində bir çox" açıq dərs" lərin, dəyirmi masaların, tədbirlərin təşkilini həyata keçirib;



Belə ki, 1995-1996- cı illərdə VIII sinifdə nümunəvi dərsin mövzusu" Azərbaycanda təbiətin mühafizəsinin əsas problemləri" olub;



Məktəblərdə ekoloji tarbiyanin hayata keçirilməsi yolları" məruzəsi ilə çıxış edib;



Fevral ayında keçirilən" Coğrafiya haftasi"," Coğrafiya gecesi" ni təşkil edib;



VII sinifdə isə" Avstraliya materikinin əhalisi və siyasi xəritəsi" mövzusunda açıq dərs qoyub;



1997-1998- ci illərdə" Gənc səyyahlar" dərnəyinin rəhbəri kimi fəaliyyət göstərib;



Fevral ayında keçirilən" Coğrafiya həftəsi" nda disput təşkil edib;



Yeni dərsliklərin müzakirəsində rəy və təkliflərini bildirib;



Şagirdləri keçirilən olimpiadalarda məktəb və rayon üzrə I və II yerləri tutub;



Uşaq hüquqlarının qorunması uşaq şəxsiyyətinin inkişafı" mövzusunda tədbirlər keçirib;



IX sinifdə" Dünya əhalisi və təbii artımın 2 tipi" mövzusunda nümunəvi dərs qoyub;



1998- 1999- cu illərdə XI siniflərin iştirakı ilə" Təhsilin humanistləşdirilməsi və müasir məktəb" mövzusunda Dəyirmi masa təşkil edib;



Tədbir çərçivəsində" Türk dünyası coğrafiyası dərsliyi günün tələbidir" mövzusunda diskussiya keçirib;



Tədbirdə dərsliyin müəllifləri, Türkiyə Cumhuriyyətinin Azərbaycandakı Səfirliyinin Iqtisadi masalalar üzrə müşaviri Mikayıl Davaloğlu, Tahsil Nazirliyinin məktəb şöbəsinin müdiri Arif Muradov, BBTI- nin Asif Cahangirov və digər səlahiyyətli şəxslər iştirak edib;



2013- cü ildə" Smart Technologies" şirkəti tərəfindən təşkil edilmiş Maktab müəllimləri və təhsil müəssisələrinin işçiləri üçün" Dymo Mimo İnteraktiv Texnologiyaları ilə tədris" təlim kursunda iştirak sertifikatı alıb;



2013- cü ilin may ayında Azərbaycan Respublikası Təhsil Nazirliyinin İxtisasartırma Təhsili haqqında sertifikat alıb;



2013- cü ilin sentyabr ayında Azərbaycan Respublikası Tahsil Nazirliyinin 1- ci dərəcəli İxtisasartırma sertifikatın alıb;



2015- ci il may ayında Azərbaycan Respublikası Tahsil Nazirliyinin Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinin Qiymətləndirmə vasitələrinin hazırlanması üzrə təlimini keçdiyimə görə sertifikat alıb;



Növbəti tədris illərində də aktual mövzular və iqtisadi- coğrafi problemlerin analizi məqsədilə siniflərdə açıq dərslər qoyub;



IX a sinifində" Mülkiyyət formaları"," Okeanların öyrənilməsi" mövzusunda açıq dərslər keçirib;



Qarabağ bölgəsinin təbii sərvətlərinin, faydalı qazıntılarının öyrənilməsi, şagirdlərə böyük zəfərlə geri qaytardığımız torpaqlarımızın coğrafiyasının dərindən mənimsədilməsi məqsədilə açıq dərslər keçirib;



Coğrafiya kabinetində" Zəfər gününə həsr olunmuş guşə yaratmış, 2021- ci il noyabr ayında" Zəfər günü" həsr olunmuş açıq dərs keçirib;

1999- cu il dekabrın 28- də Elmǝr Akademiyasının Coğrafiya İnstitutunda keçirilən Coğrafiyaçıların qurultayında hidrometeorologiya Institutunun direktoru Rza Mahmudovun təklifi ilə Elmi Şuraya üzv seçilib;



2003- cü ilin mart ayında" Təhsilin keyfiyyətinin təmin edilməsində vətəndaşlıq tərbiyəsinin rolu" mövzusunda elmi- təcrübi seminar təşkil edib;



2003- cü ildə keçirilən İlin müəllimi" müsabiqəsində rayon və şəhər üzrə I yeri tutub;



2008- ci ildə Ulu öndər Heydər Əliyevin 85 illiyi ilə əlaqədar olaraq VIII sinifdə" Heydər Əliyevin xarici siyasəti" mövzusunda açıq keçirib;



Dərslərin dahа keyfiyyətli keçirilməsi məqsədilə öz vəsaitim hesabına Coğrafiya kabinetini təşkil etmiş, müasir metodiki vəsaitlərlə təchiz edib;



Peşə fəaliyyət müxtəlif müəlliflər tərəfindən mətbuat orqanlarında işıqlandırılıb;



Xatırladırıq ki, Fəridə İbrahimova Təhsil Nazirliyinin təqdimatı əsasında 2012- ci il 1 oktyabr tarixində Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə" Əməkdar müəllim" fəxri adına layiq görülüb;