Prezidentin 2018-ci ildə imzaladığı qərarın icra vaxtı yaxınlaşır. Belə ki, artıq bir qrup mühasib üçün Peşəkar Mühasibat Sertifikatı almaq məcburi olacaq.
Bəs kimlər nə vaxtdan bu sertifikata sahib olmalıdırlar? Bunun əhəmiyyəti nədir?
resmixeber.info xəbər verir ki, “Qərar orta və iri ictimai əhəmiyyətli müəssisələrə aiddir. Prezidentin 2018-ci il oktyabrın 25-də imzaladığı qərarda qeyd edilib ki, publik hüquqi şəxslərin 2023-cü il yanvarın 1-dək işə qəbul olan baş mühasibləri 2024-cü il dekabrın 30-dək mütləq sertifikata sahib olmalıdırlar.
İri və orta sahibkarlıq subyektlərinin, payları dövlətə məxsus hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisana olmaqla, digər ictimai əhəmiyyətli qurumların baş mühasibləri 2023-cü il dekbarın 30-dək PMS sertifikatı almalıdırlar.
Büdcə təşkilatlarının baş mühasibləri 2024-cü il dekabrın 30-dək, illik və birləşmiş maliyyə hesabatları dərc edən publik hüquqi şəxslərin və büdcə təşkilatlarının 2023-cü il yanvarın 1-dən işə qəbul edilmiş baş mühasiblərinin müvafiq PMS sertifikatı olmalıdır.
Ancaq publik hüquqi şəxsləri 2023-cü il yanvarın 1-dən baş mühasib kimi işə qəbul edərkən mütləq PMS sertifikatı tələb etməlidirlər.
Burada bir neçə məqam var. O da bundan ibarətdir ki, mikro və kiçik sahibkarlıq subyektləri əgər mühasibatlıq xidməti göstərməyə malik deyilsə, mühasiblərinin və baş mühasiblərinin PMS sertifikatı almalarına ehtiyac yoxdur”.
PMS sertifikatının tələb edilməsinin əhəmiyyətinə qaldıqda isə, Xalid Kərimli bunu belə əsaslandırıb:
“Sertifikat tələb edilən strukturların hesabatı cəmiyyət üçün maraqlıdır və cəmiyyətin maraqlarına toxunur. Buna görə hesabata qol çəkən baş mühasib mütləq şəkildə PMS sertifikatına sahib olmalıdır ki, insanlar həmin muhasiblərin hesabatı hazırlamaq bilgisinə malik olub-olmamasını bilsinlər. Təkcə Azərbaycanda deyil, dünyanın bir çox inkişaf etmiş ölkələrində baş mühasib işləmək üçün PMS sertifikatı tələbi mövcuddur”.
Bunun üçün respublikada müxtəlif kurslar təşkil olunub.Sertifikat imtahanları keçirilir.Hazırda regionlarda təşkil olunan kurslardan biri də Göyçay rayonunda yerləşir.
Bu kurslarda münasib qiymətə Peşəkar Mühasib Sertifikatı almaq olar. Adı çəkilən bölgədəhəm də aztəminatlı ailələrin uşaqlarının ali məktəblərə qəbul üçün təmənnasız hazırlıq kursları keçirilir.