Azərbaycanın zəfəri davam edir.Son oktyabr hadisələri,Xocalı və Xankəndinin azad olması bir daha Ali Baş Komandanın “Nəyin nə vaxt və necə etməsini”sübut etdi.
Üç il əvvələ qayıdaraq deyə bilərik ki, Azərbaycan Respublikasının II Qarabağ savaşında zəfər çalması tarixi əhəmiyyət kəsb edir.Azərbaycana qarşı qərəzli mövqe tutan bəzi dünya dövlətləri Azərbaycanın hansı gücə malik olmasını bir daha görmüş oldu. Qüdrətli Azərbaycan ordusu cənab Ali Baş Komandanın rəhbərliyi ilə əzəli torpaqlarımızı- Qarabağı mənfur erməni işğalından azad etdi.
Bu yolda Qarabağ torpaqlarının tam azad olması uzun bir proses olduğundan indiyə kimi quruculuq abadlıq işləriylə yanaşı siyasi proseslər də də nailiyyətlər əldə etdik.
Son oktyabr hadisələri,separatçıların məhv edilməsi,qondarma respublikanın başqanlarının saxlanılaraq Bakıya gətirilməsi və ümumiyyətlə Xocalı və Xankəndinin azad edilməsi bizə qürur verir.Təbii ki,bu yolda canlarını Vətən uğrunda fəda edənlər,Vətən yolunda şəhidlik zirvəsinə ucalanlar da oldu, qazi adını alanlar da. Allah şəhid olanlara rəhmət eləsin, yaralılara şəfa versin.
Azərbaycanda xalq-dövlət birliyi mövcuddur.Bu birlik yumruq halında birləşmişdir. Cənab Prezidentin dediyi kimi “bu yumruq düşmənin başını əzən yumruqdur, qələbəni dəmir yumruq hesabına qazandıq, düşməni qova-qova dayandıq torpağımızda.Düşmən diz çökdü”.Müharibə nəticəsində Ermənistan təkcə hərbi cəhətdən sarsılmadı, iqtisadiyyatı da çökdü, ölkəni xaos bürüdü, xalq və dövlət qarşıdurması baş verdi. Ermənistan bir ölkə olaraq təkcə regionda deyil, dünyada nüfuzunu itirdi.
Biz tolerant ölkəyik. Cənab Prezident dəfələrlə çalışdı ki, məsələ sülh yolu ilə həllini tapsın. Müsahibəsinin birində demişdir “Ermənistan tərəfi işğal olunmuş ərazilərin boşaldılmasına dair üzərinə öhdəlik götürəcəyi təqdirdə biz istənilən vaxt dayanmağa hazırıq”. 10 noyabr 2020-ci il tarixdə Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinə son qoyuldu. İmzalanmış 3 tərəfli bəyanat məsələnin həllində son nöqtəni qoydu və bəyanatın bəndlərinin icrası düz 3 il çəkdi.Bu dövrdə xarici qüvvələr Ermənistana və eləcə də separatçı rejimə dəstək oldular.Müxtəlif danışıqlar aparılsa da ara sıra hərbiçilərimizə qarşı təxribatlar törətdilər,şəhidlərimiz oldu.Lakin,biz mübarizəni davam etdirərək nəticədə separatçı rejimi diz çökdürdük.Araikin,Vardanyanın və bir neçə generalın Bakıya gətirilməsi dövlətimizin və Ali Baş Komandanımızın apardığı düzgün siyasətin nəticəsidir. Böyük qələbənin sevincini xalqa yaşatdığı üçün cənab Ali Baş Komandana minnətdarıq. Zəfər sevincinə görə vətən uğrunda canlarından keçən şəhid oğulların da ruhu şad oldu, 10 noyabr Böyük qələbə günü kimi 15 oktyabr 2023-cü il tarixi də Azərbaycan tarixinə həkk olundu. Tarixi qələbə sevinci bütün xalqımızın sevincidir.
Bütün dövlət strukturları bu qısa, amma çox məsuliyyətli sınaqdan üzüağ çıxdı, işlərini koordinasiyalı qurdu, diplomatik korpusla çox fəal iş aparıldı.
Azərbaycanın 23 saat 43 dəqiqə çəkən antiterror tədbirlərinə cəmiyyət 44 günlük savaşda olduğu kimi ciddi dəstək verdi. Bütün cəmiyyət yenə Qarabağda baş verənlərə diqqət kəsildi. Həm ordu, həm hakimiyyət, həm media, eləcə də siyasi qurumlar bir hədəfə vurdu. Təbii ki, yenə də bəziləri öz xislətini bu və ya digər şəkildə göstərdi.
Hərbi ekspertlərdən birinin dediklərindən:
“Qarabağda təxminən 10 minlik qanunsuz silahlı qüvvə var idi. Nə sadə erməni xalqı, nə də Paşinyan onların bölgədən uzaqlaşdıra bilməzdi. Bunu Azərbaycan etməli idi. Azərbaycan hər zaman olduğu kimi, öz haqqını ordusu ilə müdafiə edir. Budəfəki antiterror tədbiri xüsusi yanaşma tələb edirdi. Biz həm qanunsuz silahlıları tərk-silah etməli, həm də dinc əhalini hədəf almamalı idik. Bir gün ərzində unikal antiterror tədbiri keçirildi. Biz əksər obyektləri sıradan çıxarmağa nail olduq. Tədbirin unikallığı ondan ibarətdir ki, yaşayış məntəqələri digər hədəflərdən ayrılmışdı. Biz dəqiq atəş açan müasir vasitələri yaşayış məntəqələrinə yaxın hədəflərə yönəltmişdik. Yaşayış məntəqələrindən kənarda olan hədəflərə artilleriya və minaatanlardan və s. atış açıldı, çünki radius 200 metrdən 600 metrə qədərdir. Düşmən buna hazır deyildi. Düzgün müşahidə sistemi quraraq düşmənin şəxsi heyətini qaçmağa məcbur etdik. Qarabağın qara günləri bitdi, bundan sonra ağ günlər başlayacaq, dinc əhali artıq rahat nəfəs alacaq, reinteqrasiya prosesinə qoşulacaq, bölgədə sülh, əmin-amanlıq təmin ediləcək”.
Azərbaycan hakimiyyətinin qısa müddətdə sülhə nail olmaq üçün antiterror tədbiri həyata keçirmək qərar zamanında oldu: “Ermənistan kapitulyasiya aktına imza atdıqdan sonra 3 il müddətində sülhün əldə edilməsinə mane olurdu. Qarabağda qeyri-qanuni silahlı qüvvələr olduğu müddətdə sülhün əldə olunması qeyri-mümkündür. Bu tədbir sülhü yaxınlaşdırmaq üçün həyata keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində Azərbaycanın ermənilərə qarşı humanist mövqeyinə diqqət çəkdi. Ölkə başçısı vurğuladı ki, ermənilərə qarşı etnik təmizləmə siyasəti aparılmır. Üstəlik, əsgərlərimizin peşəkarlığı və müasir silahlar yalnız hərbi hədəflərin sıradan çıxarılmasına imkan yaratdı. Antiterror tədbiri ilə bağlı müxtəlif proqnozlar var idi. Bəziləri hesab edirdi ki, 44 günlük müharibədən sonra Ağdərə istiqamətində qalan, sayı 10 mindən çox olan erməni silahlı birləşmələrinin mövcudluğu müqaviməti artıra bilər. Bundan əlavə, ziqzaqvari xüsusi səngərlər qazılıb. Belə mürəkkəb şəraitdə Azərbaycan Ordusunun qüvvələri antiterror tədbirini 24 saatdan az müddətdə yerinə yetirdi. Biz bir daha Ermənistan və onun havadarlarına ismarış verdik ki, Azərbaycan Ordusuna qarşı durmaq üçün illər lazımdır. Bunun özü diplomatiyada çəkindirici faktordur. Bu, sülhün daha tez əldə olunmasına gətirib çıxaracaq”.
Bu gün də Cənab Ali Baş Komandanımız oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə vacib bir mesaj verib.Onun dediklərinə görə biz Zəngəzuru da azad edəcəyik.
“ Biz haqq yolundayıq. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur.
Zəngəzura da, əlbəttə ki, qayıdacağıq, amma sülh yolu ilə. Mən demişəm, məni bəziləri ittiham etməyə çalışırlar, mən dedim ki, biz oraya tanklarla yox, minik maşınları ilə qayıdacağıq”,- dövlət başçısı vurğulayıb.
Yaşasın Azərbaycan,yaşasın cənab Ali Baş komandan...
Qəribə Məmmədova,ADPU-nin dosenti,f.ü.f.d