Müasir Azərbaycanımızda vətəndaş rifahının təminatı Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində dayanır. “Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır” .
Bu sözləri Prezident İlham Əliyev qeyd edib.
Təsadüfi deyil ki,ölkə Prezidenti demək olar ki,bütün İstirahət Mərkəzlərinin açılışında şəxsən özü iştirak edir və 2013-cü ildə də Qubada Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)Tədris, İdman və İstirahət Kompleksinin açılışında iştirak edib.
Xalqımızın müxtəlif peşə sahiblərinin,eləcə də ziyalılarımızın, professor və müəllim heyətinin də sosial rifahının yaxşılaşdırılması istiqamətində müxtəlif proqramlarının uğurla davam etdirilməsi və əhəmiyyətli dərəcədə genişlənməsi, sosial təminat sisteminin dəfələrlə güclənməsinə imkan verib.
Buna misal olaraq, Quba rayonunun İkinci Nügədi kəndində 6 hektardan artıq ərazidə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)Tədris, İdman və İstirahət Kompleksi inşa edilmişdir. Kompleks universitetin 20 minlik kollektivinin istirahətinin təşkili və sağlamlığının möhkəmləndirilməsi üçün nəzərdə tutulmuşdur. Kompleksdə tələbələrin yay və qış məktəblərinin, müxtəlif idman yarışlarının və yay düşərgələrinin təşkili üçün bütün şərait yaradılmışdır. Burada tikilən 78 otaqdan ibarət üçmərtəbəli otel binasında, eyni zamanda, 150 nəfərin yerləşməsinə imkan vardır. Oteldə həm müəllimlərin, həm də tələbələrin istirahətinin təşkili məqsədi ilə bütün meyarlar nəzərə alınmışdır. Kompleksin 350 tələbə yeri olan və müasir infrastrukturu ilə diqqət çəkən yay məktəbi də yüksək səviyyədə qurulmuşdur. Buradakı auditoriyaların hamısı zəruri avadanlıqla təchiz olunmuşdur. Eyni şərait 100 nəfərlik müasir yeməkxanada da mövcuddur. Müxtəlif tədbirlərin keçirilməsi üçün 205 nəfərlik akt zalında da bütün imkanlar vardır.
Kompleksin böyük bir hissəsini çeşidli meyvələrlə zəngin meyvə bağı təşkil edirsə, digər tərəfdən dağ yamacında yerləşən yaşıl meşə zolağı göz oxşayır. İstər istəməz bu mənzərə Kompleksə qədəm qoyan hər bir insanda xoş əhval ruhiyyə oyadır , onların təbiət qoynunda rahat istirahət etməsinə xüsusi stimul yaradır. Kompleksin yerləşdiyi ərazi Quba rayon mərkəzindən 7 km, gözəlliyi ilə hər kəsi valeh edən Çənlibel gölündən isə cəmi 3 km məsafədə yerləşir.Univeristet müəllimlərinin və tələbələrinin sevimli əyləncə mərkəzinə çevrilən idman sarayında voleybol zalı, üzgüçülük hovuzu, fitnes salonu fəaliyyət göstəriri. Həmçinin ərazidə müasir standartlara cavab verən mini futbol meydançası da kompleksi ziyarət edən qonaqların ən çox sevdiyi məşğuliyyət yerlərindən biridir. Xüsusilə 960 yerlik tamaşaçı tutumuna malik olan voleybol zalı müasir standartlara cavab verməklə bərabər, ölkəmizin barmaqla sayıla biləcək müasir idman qurğularından biridir. Heç təsadüfi deyil ki adıçəkilən voleybol salonu dəfələrlə voleybol və futzal üzrə ölkə çempionatlarının oyunlarına ev sahibliyi etmişdir. İstirahət və tədris məqsədilə Kompleks ərazisində hər cür rahatlığa malik standart və lüks kateqoriyalı 70 nömrədən ibarət otel binası, müxtəlif toplantılar təşkil etmək üçün 200 nəfərlik iclas zalı, qonaqları hər cür qidalanma ilə təmin edə bilən yeməkxana, tədris məqsədilə müasir avadanlıqlarla təmin edilmiş yeddi auditoriya və sinif otaqları qonaqlarnın xidmətindədir.
Kompleks artıq uzun müddətdir UNEC əməkdaşlarının və Təhsil Nazirliyinin təşkilatçılığı ilə tədris sahəsində müxtəlif daxili və beynəlxalq tədbirlərin və təlimlərin yüksək səviyyədə təşkil edilməsi ənənə halını almışdır. İclas zalımız və auditoriyalarımız müasir texnika və avadanlıqlarla təchiz edilmişdir. Təlimlər beynəlxalq və ölkə daxilində tanınmış və təcrübəli mütəxəssislər tərəfindən aparılır.
Hər il istirahətlərini Qubada keçirmək istəyən UNEC əməkdaşları üçün burada əlverişli şərait yaradılır. Onlar gündə üç dəfə isti və soyuq yeməklə təmin edilir, rayonun görməli yerlərinə səyahətləri təşkil edilir,asudə vaxtlarının səmərəli keçirilməsi üçün müxtəlif əyləncəli və musiqili proqramlar tərtib edilir. Bir sözlə şəhərin səs küyündən uzaq,sakit guşədə və təmiz havada istirahət edən univeristet əməkdaşlarımız üçün bu kompleksin yeri əvəzsizdir.
Kompleksdə beynəlxalq standartlara uyğun qurulan idman bölməsi vardır. Burada voleybol, futbol və basketbol oyunlarının keçirilməsi üçün qapalı idman zalı, saunalar, soyunub-geyinmə, trenajor otaqları, VİP-kabinetlər kabinetlər yaradılmışdır. Bundan əlavə, müasir tipli qapalı hovuzda tələbələrin üzgüçülüklə məşğul olmaları üçün lazımi şərait vardır. Beynəlxalq standartlara cavab verən açıq stadionda futbol, həndbol və digər idman yarışlarının keçirilməsi üçün bütün imkanlar nəzərə alınmışdır.
Universitetin Rektoru Ədalət Muradovun rəhbərliyi ilə bu il burada Universitet kollektivinin dincəlməsi və istirahəti üçün gözəl şərait yaradılıb.
Pansionatın qrafikinə gündə 3 dəfə yemək,idman,gəzinti,əyləncə və s.daxildir.
Burada istirahət edən professor və müəllim heyəti son dərəcə məmnun olduqlarını dönö-dönə qeyd edirlər.
İstirahətdən qayıdan müəllimlərdən birinin sözlərinə görə,Mərkəzdə istirahət üçün yaradılan şərait o qədər yüksək səviyyədə qurulub ki,bunun üçün Universitet kollektivi İlk öncə Rektor Ədalət müəllimə,sonra mərkəzin direktoru Şaiq müəllimə,eləcə də Həmkarlar ittifaqı əməkdaşları Rüfət müəllim və Çinarə xanıma dərin təşəkkürünü və minnətdarlığını bildirirlər.
Arzu edirik ki,Respublikamızın bütün təhsil ocaqlarının bu kimi nümunəvi Mərkəzləri daima bizim ziyalıların xidmətində olsun.
Professor Zabit Aslanov