Naxçıvanda əlilliyi təsdiq olunmuş bir qrup qazi yenidən həkim komissiyasından keçirildikdən sonra, onlar üçün nəzərdə tutulan bir sıra imtiyazlar ləğv olunub. Bura əsasən döyüşdə əlini, gözünü itirmiş, ağır yaralanmış qazilərin avtomobillə təmin olunmaları haqda verilən qərarların ləğvi daxildir.
resmixeber.info xəbər verir ki,bu haqda „Gündəlik Naxçıvan“a bir qrup qazi məlumat verib. Onların sözlərinə görə, artıq avtomobillə təmin olunmuş bu kateqoriyadan olan qazilərə isə, avtomobilləri geri qaytarmaları ilə bağlı xəbərdarlıq olunub. Yeni qaydaya əsasən, yalnız ayağını itirmiş qazilər avtomobil almaq hüququna malikdirlər.
Qazilər bildirir ki, bununla bağlı tapşırığı Naxçıvanın yeni ƏƏSM nazri Ceyhun Cəlilov verib:
„Döyüşdə hər hansı əzasını itirmiş naxçıvanlı qazilərin hamısının əllillik sənədinə „Avtomobillə təmin olunmalıdır“ qeydi yazılıb. Bu haqda göstərişi o vaxt Vasif Talıbov vermişdi. Hər əlamətdar gündə onların bir neçəsi növbə ilə avtomobil alırdı. Yeni rəhbərlik gələndən, bu qaydalar dəyişdirildi. İyunun 15-i qazilərin hamısını yenidən komissiyadan keçirib, bu imtiyazları ləğv etdilər. Yeni qaydaya əsasən, yalnız ayağını itirənlər avtomobillə təmin olunacaqlar. Bu kriteriyaya cavab verməyən qazilərin imtiyazı geri alınıb. Avtomobillə təmin olunmuş qazilərə isə xəbərdarlıq olunub ki, onlara verilən avtomobillər məhkəmə yolu ilə geri alınacaq“.
Naxçıvanlı qazilər İlham Əliyevə müraciət edərək, ləğv olunan imtiyazlarının geri qaytarılmasını xahiş edirlər:
„Biz cənab prezdentin əmri ilə canla-başla döyüşüb, əlimizi, gözümüzü, sağlamlığımızı itirmişik. Bu cür qazilərə indi bir avtomobili çox görürlər. Əgər, bizə avtomobil düşmürdüsə, niyə o qərarı vermişdilər? Naxçıvanda hakimiyyət dəyişəndə ümid edirdik ki, qazilərin şəraiti daha da yaxşılaşdırılacaq. Ancaq, tam əksinə oldu. İndi, bizə veriləni də əlimizdən alırlar. Cənab prezidentdən xahiş edirik ki, imtiyazlarımızın geri qaytarılmasında bizə gömək etsin“.
Ceyhun Cəlilov bu ilin mart ayında Naxçıvan MR əmək və əhalinin sosial müdafiəsi nazri vəzifəsinə təyin olunub. O, işə başlayanda ilk açıqlamasıda bildirmişdi ki, Naxçıvanda şəhid ailələri və qazilərin sosial vəziyyətinin yaxşılaşdırılması onun üçün prioritet məsələ olacaq.