Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Qurban bayramı ərəfəsində minə yaxın insanı əfv edib.
resmixeber.info xəbər verir ki, bu barədə BƏƏ-nin WAM xəbər agentliyi məlumat yayıb.
Prezident ölkənin islah və penitensiar müəssisələrindən 988 məhbusun azadlığa buraxılması barədə göstəriş verib.
Xatırladaq ki, Qurban bayramı iyunun 28-29-da qeyd olunacaq.