“Vətən müharibəsindəki qələbəmiz yeni reallıq formalaşdırmağımıza səbəb olub. Artıq Azərbaycan bölgədə təkliflərini irəli sürür, diktə edir. Bütün bunlar dünya birliyi tərəfindən də qəbul edilir və dəstəklənir”.
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib. O qeyd edib ki, ermənilərdən tələblər sadədir, ədalətlidir və beynəlxalq hüquqla tənzimlənən normalara əsaslanır:
“Proseslər Azərbaycanın suveren ərazisində gedir. Biz hər hansı qərarların verilməsində tələblərimizi və təkliflərimizi irəli sürüb, həyata keçirilməsi üçün vacib addımları atırıq. Bir çox platformalarda, görüşlərdə masada olan məsələlər Azərbaycanın təklifləridir.
Ən vacibi məqam Azərbaycanın Qarabağ iqtisadi bölgəsində 10 minə yaxın cinayətkar, təxribatçı qrupun yerləşməsi və onların digər qüvvələrin əlində “maşa” rolunu oynamasıdır. Belə ki, bu qrup görüşlərdə hansısa müsbət nəticənin əldə olunduğunu görən kimi təxribatlara əl atır. Prezident İlham Əliyev də görüşlərdə bu məqamlarla əlaqədar tələbi qoyub, problemin həllini vacib sayıb.
Laçında yerli əhali ilə görüşü zamanı da ölkə başçısı vacib məqamlara toxundu. Prezident qeyd etdi ki, cinayətkar şəxslər və qurumlar məsələnin ciddiliyini tez anlamalı və özlərini buraxmalıdırlar. Qarabağ ərazisi Azərbaycanın suveren torpaqları olduğuna görə, orada həmin qurumların fəaliyyəti qanunsuzdur. Zamanında bütün bu qanunsuz addımlardan əl çəkib, Azərbaycan qanunlarını qəbul etsələr, Azərbaycan vətəndaşı kimi dinc, sakit yaşamaq istəsələr, əfv diləsələr, bu məsələyə baxıla bilər. Kimlər çıxıb gedəcəklərsə, getsinlər. Təxribatları davam etdirmək istəyənlər isə niyyətinə çata bilməyəcək. Onlar Azərbaycanın təqdim etdiyi hüquqlardan istifadə edə bilməyəcəklər. Təxribatlar, terror əməlləri davam etdiyi təqdirdə Azərbaycan antiterror əməliyyatlarına başlaya bilər. Bu, həmin cinayətkarların son şansıdır”.
Xatırladaq ki, Prezident İlham Əliyev mayın 28-də Laçın rayonunda sakinlərlə keçirilən görüşdə Qarabağ ermənilərinə səslənərək, onların yeganə yolunun qaldığını bildirib. Ölkə başçısı erməniləri Azərbaycan qanunlarına tabe olmağa, Azərbaycanın loyal normal vətəndaşı olmağa, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmağa, “parlament”i buraxmağa dəvət edib.
“Guya orada “parlament” fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”, – deyə dövlət başçısı vurğulayıb.