04:12

Tikinti şirkəti vətəndaşın evini başına uçurur.VİDEO

Son zamanlar tikinti şirkətlərinin yeni çoxmərtəbəli binanın tikintisi üçün kiçik həyət evlərinin sökülməsi zamanı vətəndaşların haqlı narazılığının şahidi oluruq.Bakının Nəsimi rayonu "Kubinka"adlanan ərazidə 50 dən artıq sakinin evinin uçurularaq yerində göydələn tikilməsi və orada olan narazılıqlar hələ də öz həllini tapmayıb.
Bu gün isə Bakının Suraxanı rayonu,Qara Çuxur qəsəbəsində Vüqar Quliyev küçəsi ev 48 mənzil 1 də yaşayan I Qarabağ Müharibəsi Veteranı Teymurov Mirhəmid Məcid oğlu evinin qanunsuz olaraq sökülməsinə narazılıq edir.Aidiyyatı qurumlara şikayət etsə də,nəticə əldə olunmayıb.
Çəkiliş qrupumuz adı çəkilən ərazidə oldu və faktı canlı olaraq lentə aldı.Məsələ burasındadır ki,tikintinin rəhbərliyi məsələyə aydınlıq gətirməkdən imtina etdi.Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi söküntü işlərinin tam qayda qanunla olduğunu iddia etdi.Onun dediyinə görə,söküntü işləri adı çəkilən mənzilə aid deyil.Halbu ki,bu mənzil digər mənzillərlə bitişikdirvə özülü birdir.Qeyd etmək lazımdır ki,bu mənzillər 1950-ci ildə tikilən evlərdir.Ərazidə yerləşən bütün evlər demək olar ki,sökülüb və yalnız Mirhəmid Teymurovun evi qalır.Onu da vətəndaşın başına uçması təhlükəsi var.
Vətəndaş aidiyyatı qurumlara şikayət etsə də bir nəticə əldə olunmayıb.Hazırda söküntü işləri davam edir və bir ailənin aqibəti təhlükə altındadır.//kanal17.org