1919-cu ilin 16 mayında 9-cu Ordu Müfəttişi olaraq Bandırma gəmisi ilə İstanbuldan yola çıxan Mustafa Kamal Paşa ayın 19-da Samsuna çatır. Anadolunun mərkəzində milli mücadiləyə başlamağı planlaşdıran Atatürk bir gün sonra Osmanlının baş vəziri Damat Ferit Paşaya göndərdiyi teleqramda “İzmirin yunan əsgərləri tərəfindən işğalı milləti və ordunu çox kədərləndirib. Nə xalq, nə də ordu bu haqsız hücumu qəbul etməyəcək" sözlərilə hədəfini qapalı şəkildə ortaya qoyur.
resmixeber.info xəbər verir ki, 19 may, eyni zamanda, simvolik olaraq Atatürkün doğum tarixi qəbul edilib. 1938-ci ildən bu gün Türkiyədə milli bayram elan olunub.
resmixeber.info xəbər verir ki, 19 may, eyni zamanda, simvolik olaraq Atatürkün doğum tarixi qəbul edilib. 1938-ci ildən bu gün Türkiyədə milli bayram elan olunub.