Bakıda sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcı şirkətlər onlara verilən yanacaq (dizel) subsidiyasının fevralın 1-dən kəsilməsinə etiraz edərək, məsələ ilə bağlı baş nazir Əli Əsədova müraciət ünvanlayıblar.
Şirkətlər gedişhaqqının 10 qəpik artırılmasından dərhal sonra subsidiyanın kəsilməsinin onların fəaliyyətinə ciddi çətinliklər yaratdığını bildiriblər. Hələlik Nazirklər Kabinetindən həmin şirkətlərə cavab verilməyib.
Mövzuya münasibət bildirən iqtisadçı ekspert Xalid Kərimli Bakupost.az -a açıqlamasında deyib ki, şirkətlər subsidiyaların verilməsi ilə bağlı qərar qəbul edilən zaman onun dayandırılacağı haqda da məlumatlı idilər:
“Tarif Şurası tərəfindən gediş haqqı artırıldı, daha sonra isə subsidiyaların verilməsi dayandırıldı. Hökumət bir müddət sərnişinlərin xərclərini öz üzərinə götürdü, büdcədən maliyyələşdirdi. Amma bunu davamlı etmək mümkün deyil. Ona görə də qiymət artımına gedildi. Dizel subsidiyası isə saxlanıldı”.
Ekspert qeyd edib ki, paytaxtda sərnişindaşıma qiymətlərinin artımı ilə bağlı Tarif Şurasına müraciət olunmayıb:
“İctimai nəqliyyatdan əhalinin daha çox sosial cəhətdən həssas təbəqələri geniş istifadə edir. Qiymət artımı baş verərsə, bu, əhalinin büdcəsinə mənfi təsir göstərəcək. Hesab edirəm ki, qarşıdakı bir il ərzində ictimai nəqliyyatda gediş haqqı artırılmayacaq. Ona görə də bu müraciətin nəyisə dəyişəcəyini düşünmürəm”.
İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, gələn ilin yanvarından sərnişindaşıma qiymətlərində artım olacaq:
“Paytaxtda sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcı şirkətlərin bu müraciəti bir növ qiymət artımına işarədir. İlin sonuna kimi bir necə dəfə gedişhaqqının artırılması ilə bağlı xəbərlər olacaq. Böyük ehtimal ki, yanvardan Tarif Şurası qiymətləri artıracaq”.
Ekspert hesab edir ki, müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcı şirkətlər bütün yükü vətəndaşın çiyninə yükləməklə problemləri həll etməyə çalışırlar:
“Fikrimcə, şirkətlərin tez-tez xərclərin yüksək olmasını qiymətlərin artırılması yolu ilə tənzimlənməsi tələbi doğru yanaşma deyil. By ilin yanvarında qiymət artımı baş verib və bunu yenidən tələb etmək mənasızdır".