21:31

Bu gün Akademik Urxan Ələkbərovun doğum günüdür.



Dövlət İdarəçilik Akademiyasının rektoru Akademik Urxan Ələkbərovun doğum günüdür.
Xatırladırıq ki, Urxan Kazım oğlu Ələkbərov (28 aprel 1943, Bakı) — Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, biologiya elmləri doktoru, professor; AMEA-nın həqiqi üzvü; Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü (18 iyul 2014-cü ildən) , Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü (20 fevral 2018-ci ildən), YUNESKO-nun Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsinin sədridir.
Urxan Ələkbərov 1943-cü il aprelin 28-də Bakı şəhərində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Biologiya fakültəsini bitirmiş, həmin il SSRİ Elmlər Akademiyasının Ümumi Genetika İnstitutunun aspiranturasına daxil olmuşdur.

U. Ələkbərov 1968-ci ildə elmlər namizədi, 1978-ci ildə isə elmlər doktoru alimlik dərəcəsini almışdır.1983-cü ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.

Əmək fəaliyyətinə 1965-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında başlamışdır. 1968–78-ci illərdə AMEA Botanika İnstitutunda kiçik elmi işçi, elmi katib, elmi işlər üzrə direktor müavini, direktor vəzifələrində çalışmış, 1987–1996-cı illərdə AMEA-nın vitse-prezidenti olmuşdur. O, 1988–2002-ci illərdə AMEA Genetika və Seleksiya İnstitutunun direktoru olmuş, 2011-ci ilə qədər AMEA-nın müşaviri kimi fəaliyyət göstərmişdir.

Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına rektor təyin edilmiş, 26 aprel 2013-cü il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni ilə, 27 aprel 2023-cü il tarixli Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif edilmişdir.
Akademik Urxan Ələkbərov Media Araşdırma Mərkəzi və Respublika Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən "HeydərƏliyev"diplomu ilə təltif edib.
Redaksiya adından akademikə uzun ömür və can sağlığı arzu edirik.