“Köhnədən tikilən binaların ətrafında maşınlar park edilirdi, onların həyətlərində normal şərait var idi. İndi tikinti maqnatları gəlir o həmin binaları alır, sökür, yerində təzə binalar tikir. Yaxud kiçik həyətləri alır, yerində göydələnlər tikir. Hansı ki, həmin həyətdə 7-8 ailə yaşayırdısa, bu binalarda 200 ailə yaşayır. Bu adamlar da tikinti maqnatı olsa da, o boyda pul qazansa da, düşüncə tərzində ya kasadlıq yaşayırlar, ya da ki, pulu hər şeydən üstün tutub parklanma şəraiti yaratmırlar və nəticədə bütün ətrafda nə varsa iflic vəziyyətə düşməsinə gətirib çıxarırlar.”
Bu fikirləri Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı Bakı şəhərində avtomobillərin parklanması ilə bağlı yaşanan problemlər barədə danışarkən dedi.
Onun sözlərinə görə, paytaxtda ümumiyyətlə parklanma yerləri çox məhduddur:
"Bir sözlə özbaşınalıqdır. Bakıda binalar tikiləndə nə yol şəbəkəsi, nə yol infrastrukturu, nə də parklanma nəzərə alınır. Bunun əsas səbəbi özbaşınalıqdır. Nəticədə insanlar ev alırlar, köçürlər, yaşayırlar və birdən ayılırlar ki, parklanma yeri yoxdur. Bəs buna nə edək ? Heç nə. Gedək başqa həyətdə saxlayaq, yolda saxlayaq, ikinci cərgədə saxlayaq. Yəni hara gəldi maşınlarını atırlar. Binalarda da qaydalar tətbiq olunmur. Zirzəmi və ondan aşağıkı bir mərtəbədə parklanma üçün yarada bilərlər. Sadəcə böyük xərc gedir, bir az pul xərcləməlidirlər. Amma ağılları kəsmir ki, o pulu xərcləsələr, evi satanda onu üstünə qoyacaqlar. Məsələn, imkanlı adamdı, gəlib ev almağa, baxır görür ki, doğurdan da bunun hər bir şəraiti, hətta iki mərtəbə parklanma yeri var, onda artıqlaması ilə pulu verib o evi alır. Bu bina tikənlərin marketinq düşüncəsi, normal şərait düşüncəsi kasaddır. Düzdür, milyonları var, hətta mən təəccüblənirəm ki, bu adamlar bu düşüncə ilə bu milyonları necə qazanırlar.”
E.Muradlı qeyd etdi ki, tikinti şirkətlərinin rəhbərləri bu məsələlərə “tikək, sataq, sonrasına baxarıq” prinsipi ilə yanaşırlar.
“Şəhər get-gedə boğulur, avtomobillərin sayı artır, ictimai nəqliyyat çökür, şəxsi avtomobillərə maraq yüksəlir. Və parklanma ilə bağlı da düşünən yoxdur”, - deyə ekspert fikrini tamamladı.