09:00

Səlcuq Bayraktar Azərbaycan xalqına başsağlığı verib

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmis xain hücumu şiddətlə qınayıb, Azərbaycan xalqına başsağlığı verib.

"Bu barədə Səlcuq Bayraktar tviterdə paylaşım edib.

"Şəhid olan qardaşımıza Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm. Xalqımıza başsağlığı verirəm", - paylaşımda deyilir.