Yüksək intellektual potensiala malik gənclərin bütün digər sahələrdə olduğu kimi müdafiə sahəsində də geniş dəyərləndirilməsi fürsətlərinin yaradılması Müdafiə Nazirliyinin diqqət mərkəzindədir. Azərbaycan Ordusunun kadr potensialının gücləndirilməsi istiqamətində görülən fəaliyyətlərdə Milli Müdafiə Universitetinin də üzərinə önəmli vəzifələr düşür. Bu gün dəyişən dünya təhlükəsizliyi mühitində rəqabətli insan kapitalının formalaşdırılması, eləcə də insan resurslarının düzgün və məqsədyönümlü layihələrdə dəyərləndirilməsi fəaliyyəti Milli Müdafiə Universitetinin prioritet istiqamətlərindən biridir.
Bu hədəflərə nail olmaq məqsədilə Milli Müdafiə Universiteti Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçən yüksək intellektli gənclərin seçilməsi, onların Müdafiə Nazirliyinin struktur qurum və bölmələrində fəaliyyətlərə cəlb edilməsi üzrə xüsusi layihəni həyata keçirir.
Resmi.media xəbər verir ki, Milli Müdafiə Universiteti rektorunun təhsil məsələləri üzrə müşaviri Rəşad Əhmədov proqramın məqsədləri, şərtləri və gələcək perspektivləri barədə "Azərbaycan müəllimi”nə açıqlama verib.
O qeyd edib ki, ali məktəblərə qəbul olduqları zaman imtahanlardan 600 və daha yuxarı bal toplayan şəxslər, respublika və beynəlxalq fənn olimpiadalarının qalibləri, həmçinin "Times Higher Education World University Rankings” beynəlxalq reytinqində ilk 500 yerə sahib ali təhsil müəssisələrinin bakalavriat və magistratura proqramlarının məzunları layihədə yer alırlar. Burada məqsəd yüksək intelekt sahibi gənclərin potensial imkanlarından müdafiə fəaliyyətləri çərçivəsində milli maraqlar naminə yararlanmaq, eləcə də gənclərə xidmətlərini çəkdikləri müddətdə unikal təcrübə qazandırmaq fürsəti yaratmaqdan ibarətdir:
Ətraflı
"Bu layihə iştirakçılara ciddi və unikal təcrübə qazandıracaq ki, bu da öz növbəsində onların gələcək karyera inkişafında təkanverici rol oynayacaq. Layihə iştirakçıları hərbi xidmətdən sonra Azərbaycan Ordusunda qalıb xidmət də edə bilərlər”.
Müşavir əlavə edib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində tövsiyələrinin icrasına müvafiq olaraq onların müxtəlif elmi və praktiki layihələrə cəlb edilmələri layihənin önəmini artırır:
"Milli Müdafiə Universiteti tərəfindən həyata keçirilən bu proqram müdafiə sahəsində ixtisaslaşmaq və karyera qurmaq istəyən gənclər üçün geniş fürsətlər yaradır. Gənclər həm ölkənin müdafiə qabiliyyətinin artırılmasına öz töhfələrini verə bilmək, həm də gələcək karyeralarını qurmaq imkanına sahib olacaqlar. Layihənin digər önəmli tərəfi də orta məktəb şagirdlərinin bu layihə sayəsində təhsilə olan marağının artırılmasının təşviqidir”.
Müsahibənin sonunda Rəşad Əhmədov layihədə iştirak edən gənclərə inam və etimadın böyük olmasından və onların bu layihə sayəsində öz potensiallarını reallaşdıracaqlarından əminliyini ifadə edib.//modern