10:21

Daşkənddə İƏT XİN rəhbərlərinin iclası başladı

Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclası başlayıb.

İclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edir.

Səfər çərçivəsində C.Bayramovun yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.