18:40

Biz Prezidentimiz ətrafında sıx birləşməliyik

Bir neçə ildir ki,ard-arda xoş xəbərlər eşidirik.30 ildən artıq həsrətini çəkdiyimiz Qarabağ torpaqlarının azad olunması ,Xankəndidə bayrağımızın dalğalanması bizi duyğulandırdı.Hazırda növbədənkənar Prezident seçkilərinə hazırlaşırıq.Biz məşhur deyimlə "Mən nəyi nə zaman etməyi yaxşı bilirəm" sözləriylə gündəm olan möhtərəm Prezidentimizin ətrafında sıx birləşməliyik.
7 fevralda keçiriləcək növbədənkənar Prezident seçkiləri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir.
Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Yeni Azərbaycan Partiyaslnln sədri İlham Əliyev xalqın alternativsiz lideridir.
Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və suverenliyimizin bərpa olunmasının analoqu yoxdur. Bunun da səbəbkarı cənab Ali Baş Komandan, İlham Əliyevdir. Son 200 ildə yeganə lider İlham Əliyevdir ki, torpaqları işğaldan azad edib.20 ildə hər kəsin Prezidenti olduğunu əməli fəaliyyəti ilə təsdiqləyən cənab İlham Əliyevə xalqın sevgisi sonsuzdur. Ərazi bütövlüyü və suverenliyi tam təmin olunan qalib Azərbaycanın vətəndaşı olmaq hər bir azərbaycanlı üçün qürurvericidir. Bizlərə bu qüruru yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.
Hər birimiz 7 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar prezident seçkilərinin səsvermə mərhələsində daha fəal iştirak edəcək, yeni dövrün çağırışlarının yüksək səviyyədə reallığa çevrilməsini təmin edəcək cənab İlham Əliyevə səs verəcəyik.
Bizim bir seçimimiz var. O da İlham Əliyevdir. Suverenliyimiz tam təmin olundu. Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağı dalğalanır. Bu torpaqlarda sürətli bərpa işlərinə başlanıb. Cənab İlham Əliyev bu günlərdə yerli televiziya kanallarına müsahibəsində bu müjdəni verdi ki, 2024-cü ildə keçmiş məcburi köçkünlər beş şəhərə qayıdacaqlar. Bunlar Şuşa,Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərləridir. Yeni dövr yeni hədəfləri ilə zəngindir. Xalqımız bu hədəflərə qalib Prezidentimizin rəhbərliyi ilə nail olmaq istəyini 7 fevral tarixində keçiriləcək növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləməklə təsdiqləyəcək. Seçkilərdə fəallığımızı daha da artıraq, uğurlu gələcəyimizi təmin edək!
Azərbaycanın bütün tarixi boyu baş tutacaq ən qürurverici seçki kimi tarixə düşəcək. Çünki üç il bundan əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində Qarabağı və ətraf rayonları erməni işğalından azad etdi. Bu ilin sentyabrının 19-20-də isə uğurlu antiterror əməliyyatları ilə Azərbaycan beynəlxalq qanunlarla təsbit olunmuş ərazilərində suverenliyini, ərazi bütövlüyünü tam bərpa etdi.Beynəlxalq vasitəçilərin uzun illər edə bilmədiklərini və yaxud etmək istəmədiklərini Azərbaycan özü reallığa çevirdi. Prezident seçildikdən cəmi iki il sonra 2020-ci ilin sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı, 2023-cü il sentyabrın 20-də lokal antiterror tədbirləri isə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası prosesini tamamladı.Qarabağ Qələbəsi Azərbaycan övladlarının vətənsevərlik, qorxmazlıq obrazını yaratdı. Azərbaycan əsgərinin mətanətini, cəsurluğunu əfsanələşdirdi. Azərbaycan Ordusunun nüfuzunu bütün dünyada möhkəmlətdi. Bu Zəfər bizim üçün hər zaman müqəddəs olacaq! Zəfərimiz milli yaddaşımızda və tarixin səhifələrində əbədi qalacaq!
Azərbaycanın Zəfər yolu davam edir. Bu yolun baş memarı İlham Əliyevin hələ neçə-neçə zəfərlərə imza atacağına əminəm.
7 Fevral seçkilərinin ən şərəfli və qürurlu anı ondan ibarətdir ki, 30 il əvvəl evlərindən didərgin salınan azərbaycanlıların bir hissəsi daha müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, öz doğma torpaqlarında - Zəngilanda,Laçında, Şuşada, Füzulidə, Cəbrayılda və azad olunmuş digər yerlərdə səs verəcəklər. Bu seçkilər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Prezident İlham Əliyev bu günə qədər dediyi hər məsələni uğurla həyata keçirib. Əminik ki, Qalib Prezidenti ilə hər zaman birlik və həmrəylik nümayiş etdirən Qalib Azərbaycan xalqı bu seçkilərdə də öz rəhbərinin yanında olacaq, müdrik dövlət başçımızın xarici və daxili siyasətini, eləcə də bütün digər təşəbbüslərini ən fəal şəkildə dəstəkləyəcək. Bəli, məhz öz torpaqlarında!
Bundan böyük qürur və sevinc hiss ola bilməz. Ölkəmizin işıqlı sabahına- İlham Əliyevə səs verək. 2024-cü il fevralın 7-də Azərbaycanın ictimai-siyasi həyatında növbəti əlamətdar gün yaşanacaq. Məhz həmin tarixdə xalqımız növbəti yeddi il ərzində ölkəmizə liderlik edəcək şəxsi müəyyənləşdirəcək. Alternativ namizədlərin iştirakı ilə keçiriləcək seçkilərin bu dəfə də demokratik, şəffaf, o cümlədən beynəlxalq norma və qaydalara uyğun yekunlaşacağı
zərrə qədər də şübhə doğurmur. Bütün şəhərlərimiz, rayonlarımız, qəsəbələrimiz, kəndlərimiz liderimizi seçəcək və bütünləşmiş Azərbaycanın gələcəyinə səs verəcək.
Bu, böyük Zəfərdir və bu qələbənin memarı tarixə qalibiyyət möhürü vuran cənab İlham Əliyevdir.
Bütün cəbhələrdə, istər döyüş meydanlarında, istərsə də diplomatik masalarda Azərbaycanı qalib edən Müzəffər Ali Baş Komandan, 7 fevral seçkisində növbəti qələbəsini qazandıqdan sonra da ölkəmizi inkişaf və Zəfər yolu ilə irəliyə aparacaq.

UNEC -in "Mühəndislik və tətbiqi elmlər" kafedrasının professoru Zabit Aslanov