18:24

Heydər Əliyev və ordu quruculuğu

“Heydər Əliyevlə bircə dəfə görüşmək kifayıtdir ki, onun nə qədər müdrik və dahi şəxsiyyət olduğunu görəsən”

Azərbaycanın müstəqil dövlət quruculuğunun bütün sahələrində, o cümlədən hərbi təhlükəsizliyinin təmin edilməsi sahəsində gördüyü əzəmətli işlər dahi lider Heydər Əliyevin mahir siyasətçi, böyük təşkilatçı olduğunu bir daha sübut edir. Onun müstəqil Azərbaycanın dövlət rəhbəri kimi fəaliyyətinin elə ilk günləri göstərdi ki, respublikanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü etibarlı şəkildə qorumaq, ölkənin bütün potensialını məqsədyönlü şəkildə bu istiqamətə yönəltmək, hərbi təhlükəsizliyinin təmin edilməsinə hesablanmış hərbi siyasəti səmərəli şəkildə həyata keçirmək üçün əsas şərtlərdən biri daxili ictimai-siyasi sabitliyin təmin edilməsi, xalqın bütün təbəqələrinin ümumdövlət mənafelərini əks etdirən ümummilli məqsədlər ətrafında birləşməsinə nail olunmasıdır. Heydər Əliyevin Azərbaycanın dövlət rəhbəri kimi fəaliyyətinin xarakterik tərəflərindən biri bu idi ki, o, daxili hərbi-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, xalqın birliyinin təmin edilməsinin əhəmiyyətini düzgün qiymətləndirdi və onların əldə edilməsinə də nail oldu. Elə bir xalq ola bilməz ki, ən azı onun böyük əksəriyyəti daxili ictimai-siyasi sabitliyin, əmin-amanlığın bərqərar olmasını istəməsin. Lakin ölkə daxilində bu sabitliyin təmin edilməsi, bununla da quruculuq işlərinin, o cümlədən ordu quruculuğunun həyata keçirilməsinə zəruri şərait yaradılması üçün əsaslandırılmış dövlət siyasəti lazımdır. Heydər Əliyevin respublikada daxili hərbi-siyasi sabitliyin təmin edilməsi sahəsindəki fəaliyyəti bu zərurətin əyani təzahürü idi. Bu fəaliyyət göstərdi ki, ölkədə daxili hərbi-siyasi sabitliyin təmin edilməsi üçün dövlət rəhbərliyindən çox böyük əzmkarlıq, ardıcıllıq və təcrübə tələb edir və kifayət qədər mürəkkəb olan tarixi şəraitdə belə vəzifələrin uğurlu həllinə Heydər Əliyev kimi böyük dövlət xadimləri nail ola bilərlər.





Azərbaycan müsətqil olduqdan sonra indiki Heydər Əliyev adına Azərbaycan Hərbi Məktəbinin ilk azərbaycanlı zabitlərdən biri də mən-Qurbanəli İsmayılov olmuşam. Müstəqilliyin ilk illərinə qədər məktəbin rəhəbrəliyində ruslar təmsil olunurdu. Rus hərbiçiləri Moskvadan gələn tapşırıq əsasında hərbi təyinatlı obyektlərdə, o cümlədən hərbi məktəblərdə dağıdıcılıqla məşğul idilər. Belə bir zamanda mən hərbi məktəbdə tərbiyəvi iş üzrə rəis müavini təyin olundum və qarşımda çox mürəkkəb və ciddi vəzifə dururdu. Bir tərəfdən məktəbin maddi-texniki bazasını qorumaq, digər tərəfdən də müharibə aparan ölkə üçün hərbi döyüş sirlərinə mükəmməl yiyələnən,eləcə də orduya sağlam vətənpərvər əhval ruhiyəli zabitlər hazırlamaq dururdu.
Təbii ki, həmin vaxt bu vəzifənin öhdəsinən gəlmək asan deyildi. Biz azərbaycanlı hərbiçilərdən də bu baxımdan böyük iş tələb olunurdu. Həmin vaxt məktəbdə mənimlə yanaşı olan general Kərim Vəliyev, general Kərəm Mustafayev, Polkovnik Şair Ramaldanov və digərləri də bu istiqamətdə səylə çalışırdılar. Biz bir qrup azərbaycanlı həmin məktəbi qoruyub saxlamağa çalışırdıq. Məhz bizim birgə fəaliyyətimiz nəticəsində indiki Heydər Əliyev adına Azərbaycan Ali Hırbi Məktəbin həm maddi-texniki, həm də tədris bazasını qoruyub saxlamaq mümkün oldu. Biz təkcə bununla kifayətlənmirdik. Həm də məktəbdə olan müəllim –komandir heyətinin təcrübəsini öyrənirdik ki, gələcəkdə keyfiyyətli zabit heyəti hazırlamaq üçün bazamız olsun.

“Ümummilli liderimiz milli zabit kadrlarının hazırlığına xüsusi diqqət yetirirdi”

Ordu quruculuğundan danışarkən, sözsüz ki, ilk növbədə ümummilli lider Heydər Əliyevin bu sahədə gördüyü işləri qeyd etmək lazımdır. Ümummilli lider həm də ordu quruculuğunda oynadığı əvəzsiz roluna, azərbaycanda zabit korpusunun yetişməsində göstərdiyi xidmətlərə görə hərbiçilər tərəfindən daim böyük ehtiram hissi ilə yad edilir. Mərhum prezident Heydər Əliyev cənabları bu gün və dünən orduda xidmət edən bir çox zabitin həyatında özünəməxsus iz qoyub. Ümummilli lider hakimiyyətə gəlişindən sonra digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da mövcud problemlər öz həllini tapmağa başladı. Belə ki, orduda vahid komandanlıq yarandı, qeyri-qanuni silahlı dəstələr ləğv olundu. Ordu quruculuğu prosesinin sürətlənməsi Azərbaycanın sülh danışıqlarında mövqelərini daha da möhkəmləndirdi. Zabit kadrların hazırlanmasında daim xalqın müstəqil gələcəyini görən ulu öndər Heydər Əliyevin xüsusi diqqət göstərdiyi məsələ olub. Məhz Heydər Əliyevin gərgin əməyi nəticəsində 1971-ci ildə C.Nasçıvanski adına hərbi lisey yaradılmışdır. Bundan əlavə H.Əlİyev Azərbaycanlı Gənclərin Baki Ali Birləşmiş Komandanlıq və Bakı Ali Həbi Dəbizçilik Məıktəblərinə. eləcə də SSRİ-nin digər hərbi məıktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına da nail olmuşdu. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi də daim ümummilli liderin qayğısı ilə əhatə olunub.
Ümummilli lider işinin çox olmasına baxmayaraq, daim bizimlə maraqlanırdı.
1994-cü il idi. Məktəbimizdə 9 May Qələbə bayramına hazırlıq gedirdi. Həqiqətən də ağır günlər idi. Həm zabit və kursantların əhval-ruhiyyəsini yüksəltmək, həm də məktəbimizdə Heydər Əliyev cənablarının böyük səyi ilə məktəbin 1-ci bölüyünün şəxsi heyətinin siyahısına salınmış iki dəfə Sovet İttifaqı Qəhrəmanı Tank Qoşunları Generalı Həzi Aslanovun məktəbdə adını əbədiləşdirmək üçün müəyyən tədbirlər həyata keçirmək qərarına gəldim. Tərbiyəvi işlər üzrə rəis müavini olduğumdan bu işləri mən həyata keçirirdim. Müəyyən araşdırma apardım. Öyrəndim ki, Rəssamlar İttifaqında Həzi Aslanovun tuncdan hazırlanmış böyük bir büstü var. Həmin vaxt bu işdə baş leytenant olan Rauf Nəcəfquliyevin də böyük xidməti olduğunu xüsusilə qeyd etməliyəm. Sonradan məlum oldu ki, həmin büst də məhz ümummilli liderin tapşırığı ilə sovet vaxtı Azərbaycana rəhbərlik etdiyi illərdə hazırlanmağa başlayıb. Ulu öndər Moskvaya getdiyindən, unudulub, tyinatı üzrə istifasdə edilməmişdi. Rəssamlar İttifaqının bir küncündə saxlanılırdı. Rəssamlar İttifaqının rəhbərliyi ilə danışdım. Həmin büstü məktəbin həyətində qoymaq istədiyimizi bildirdim. Sağ olsunlar, razılaşdılar və təmənnasız heykəli məktəbə verdilər. Bundan əlavə məktəbdə bir otaqda Həzi Aslanovun xatirə muzeyini yaratdıq. 9 may Qələbə gününə çox az vaxt qalmasına baxmayaraq həmin muzeyi formalaşdırdıq. Həm də heykəli məktəbin həyətinə qoyduq. Açılış tədbiri təşkil edərək, ulu öndərə dəvətnamə göndərdik. Ümummilli liderimiz gərgin iş qrafikinə baxmayaraq, tədbirə qatılacağına dair xəbər göndərdi. 1994-cü ilin may ayının 9-da səhər saat 10-da ulu öndər məktəbə gəldi. Heydər Əliyev cənabları ilə yanaşı bütün dövlət qurumlarının rəhbərləri və səfirlər də tədbirə qatıldılar. Ulu öndər Həzi Aslanovun büstünün qarşısındakı lenti kəsdiyi zaman, mən büstün onun tapşırığı ilə hazırlandığını xatırlatdım. Ulu öndərin yadına düşdü və bundan məmnun oldu. Sonra tədbir başladı. Tədbirin aparıcısı mən idim. Açığı çox həyəcanlı idim. Tədbiri necə başlayacağımı bilmirdim. Ümummillu liderimiz bunu dərhal hiss etdi. Əlini çiynimə qoyaraq, “Həyəcanlanma, hər şey yaxşıdır, tədbiri başla”-dedi. Bu sözlər bütün həyəcanımı götürdü. Mən o zaman bir daha başa düşdüm ki, Heydər Əliyev nə qədər müdrik, dahi bir insandır. Eyni zamanda bir o həm də qayğıkeş insan idi. Mən fəxr edirəm ki, Heydər Əliyev cənablarının məsləhətlərini dinləmişəm. Heydər Əliyevlə bircə dəfə görüşmək kifayət idi ki, onun nə qədər müdrik və dahi şəxsiyyət olduğunu görəsən. Mən belə bir dahi insanla şəxsən görüşdüyüm üçün özümü xoşbəxt hesab edirəm. Bu cür dahi insanlar 100-200 ildən bir dünyaya gəlir. Biz xoşbəxt xalqıq ki, elə bir şəxsiyyət ölkəmizə rəhbərlik edib və dövlətimizi qısa müddətdə dünyaya tanıdıb. Məhz ulu öndərin və onun davamçısı İlham Əliyevin sayəsində Azərbaycan müstəqilliyini möhkəmləndirdi, dünyanın sayılan dövlətlərindən birinə çevrildi.

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında imzaladığı mühüm Sərəncam dahi şəxsiyyətin 100 illik yubileyinə ən böyük töhfədir. Bu Sərəncam eyni zamanda, xalqımızın dahi rəhbərinə olan sonsuz hörmət və ehtiramını, sevgisini bir daha çatdırmaq, Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərini gələcək nəsillərə ötürmək üçün bizlərə geniş imkan yaradır.
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Hərtərəfli güclənən, hərbi qüdrəti, döyüş qabiliyyəti artan Azərbaycan Ordusu böyük inkişaf yolu keçib. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatları həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən, hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir.
2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətinin və dövlətçilik təfəkkürünün təbliği məqsədilə ordu quruculuğu sahəsində gördüyü işləri, misilsiz xidmətləri, söylədiyi tematik sitatları xatırlamaq yerinə düşərdi. “Ulu Öndər Heydər Əliyev və ordu quruculuğu” deyəndə dahi şəxsiyyətin bu sahədə gördüyü işlər hər birimizin gözü önündə canlanır.
Bu gün əminliklə deyə bilərik ki, Respublika Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin diqqət, qayğısı və rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycan Ordusu Qafqazın ən güclü ordusuna çevrilmiş, öz hərbi potensialına görə dünyanın bu sahədə ən qabaqcıl 50 ölkəsi sırasında dayanır. Təsadüfi deyil ki.Ali Baş Komandan İlham Əliyev 44 günlük müharibədə qələbə qazanaraq tarixi hadisəyə imza atdı və Azərbaycanın adını yüksəklərə qaldırdı.
Bütün bunlar onu deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti bundan sonra da Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında olduğu kimi həyata keçiriləcək. 44 günlük Vətən müharibəsindən qalib ayrılaraq şanlı Zəfər salnaməsi yazan Azərbaycan Ordusu bundan sonra da adını hərb tariximizə və bütün dünyaya güclü ordu kimi yazdıracaqdır.
Heydər Əliyev Azərbaycan dövlətçilik tarixinin tamamilə yeni bir mərhələsini yaratmış böyük siyasətçi və tarixi şəxsiyyətdir. Ümummilli ideologiyamız kimi səciyyələndirilə biləcək azərbaycançılıq ideologiyasının müəllifi olan Ulu Öndər Heydər Əliyev qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.

Qurbanəli İsmayılov