01:35

Bir yumruqla adam bu günə düşüb,Başının yarısı yoxdur.


Yeddi il əvvəl aldığı tək yumruq zərbəsi ilə həyatı tamamilə dəyişən Simon Hackettın ailəsi hücum edən şəxsə verilən cəzaya etiraz edib. Hackettın bacısı verilən həbs cəzasının yaşanan acının qarşılığı olmadığını bildirərək "ədalət yoxdur" deyib.

Resmixeber.org xarici mediaya istinadən xəbər verir ki, hadisə 2015-ci ilin sentyabr ayında işçi klubunda keçirilən məclisdən qayıdan Simon Hackettın tanımadığı bir şəxs tərəfindən yumruqlanması ilə baş verib. Zərbədən sonra yerə yıxılan Hackettın başı sərt şəkildə yerə dəyib. Hücumu törədən Jordan Dochertinin vurduğu yumruq nəticəsində Hackett ağır kəllə-beyin travması alıb və beyin zədəsi keçirib. Günlərlə süni yuxu vəziyyətində saxlanılan Hackettın beynindəki şişkinliyi azaltmaq üçün kəllə sümüyünün bir hissəsi əməliyyatla götürülüb.

.
Hadisə zamanı 35 yaşı olan Hackett hücumdan sonra bir daha danışa və yeriyə bilməyən vəziyyətə düşüb. Ömrünün qalan hissəsini xəstəxanalarda və qayğı mərkəzlərində keçirən üç uşaq atası kişinin vəziyyəti illər keçdikcə daha da pisləşib. 2022-ci ildə bronxit və pnevmoniyaya yoluxan Hackettın səhhəti ağırlaşdığından o, palyativ baxıma yerləşdirilib və həmin il vəfat edib.

Hücumçu Jordan Docherti 2016-cı ildə ağır bədən xəsarəti yetirmə cinayətini etiraf edərək 4 il həbs cəzasına məhkum edilsə də, cəmi 18 ay həbsdə qalıb. Hackettın ölümündən sonra bu dəfə adam öldürmə ittihamı ilə mühakimə olunan Docherti əlavə olaraq 15 ay həbs cəzası alıb.

Hackettın bacısı Alicia Manners verilən cəzanın yetərsiz olduğunu bildirərək, "Simonun və ailəmizin yeddi il ərzində yaşadığı ağrının qarşılığı bu deyil" deyib. Ailənin baş verən itkidən sarsıldığını qeyd edən Manners ədalətin yerini tapmadığını vurğulayıb. Hadisə tək bir zərbənin insan həyatını geri dönməz şəkildə necə dəyişə biləcəyini bir daha göstərib.//sonxeber