21:42

Müəllimlər direktordan şikayət etdi. "Direktor bizə hinduşkabaş deyir” - Müəllim



Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri direktordan şikayət edirlər.
Müəllimlər deyir ki, direktor tərəfindən təhqir, təhdid edilirlər:
“Bizi valideynlərin yanında təhqir edir. Bizə “dərs dilənçiləri”, “hinduşkabaş” deyir. Məktəbdə dərslər pulla satılır, direktor isə onlayn məktəbi idarə edir”.
Şikayətçi müəllimlər bildirirlər ki, Elm və Təhsil Nazirliyinə dəfələrlə şikayət olunsa da, heç bir araşdırılma aparılmayıb.
Resmimedia xəbər verir kibu barədə sosial şəbəkələrdə məlumat yayılıb.