23:41

Xaricdə təhsil, yoxsa aldanan müştərilər ...


Respublikada "Xaricdə təhsil" adı ilə müxtəlif şirkətlər fəaliyyət göstərir. Lakin, onların hamısının fəaliyyəti ürəkaçan deyil. Ara sıra vətəndaşlar bəzi şirkətlər tərəfindən aldanıldığının şahidi oluruq. Bu dəfə də, vətəndaşlar " AzStudy xaricdə təhsil" şirkətindən narazıdır.
Belə ki, təhsil sektorunda son illər geniş füsət almış tək atestatla xaricdə təhsil şirkətlərindən biri olan "AzStudy xaricdə təhsil " vətəndaşları aldadaraq pul qazandığı barədə məlumatlar qeyd olunur.
Şirkətlər xaricdə hec bir imtahan vermədən tək atestatla Türkiyə universitetlərində 3500- 4000 manat arası vətəndaşlardan pul alaraq onlarla müqavilə imzalayırlar. Vaxt, zaman yetişir valideyn övladı ilə Türkiyəyə bilet alıb yola düşür. Orada övladına kirayə ev tutur, bir illik evin kirayə haqqını , universitetin illik pulunu ödəyir. Sonra məlum olur ki, universitetdə təhsil ingilis dilində aparılır və abituriyent bir il universitetin nəzdində ingilis dilində hazırlıq kursları kecdikdən sonra ingilis dilindən imtahan verib universitetə qəbul olacaq. Valideyin etiraz olaraq Türkiyədən Bakıda yerləşən Azstudy şirkəti ilə əlaqə qurmağa calışır. Etiraz olaraq bildirir ki, təhsilin ingilis dilində tədris olacağı haqda şirkət onlara məlumat verməyib , övladı ingilis dilinini bilmir və bu boyda yolu qət edib , zaman itirib, N qədər pul xərcləyib ki, övladı universitetə kursa hazırlaşsın ?
Vətəndaşların bildirdiyinə görə, dəymiş maddi və mənəvi ziyanlardan sonra valideyn övladı ilə Bakıya dönür. Dəfələrlə şirkətə gedərək omlar tərəfindən aldadıldığını bildirir. Şirkət əməkdaşları ilə əlaqə quraraq oktyabr ayından bu günə qədər nə şirkət rəhbərliyi ilə görüşə bilmir nədə ki, xərclədiyi 8000 manatı geri ala bilmir. Azstudy xaricdə təhsil şirkətinin əməkdaşlar məsələnin həllini uzadır, hər dəfə müxtəlif bahanələr gətirir və sonunda pulu geri qaytarmayacaqlarını bildirərək valideyinə zəng edib məsələnin ictimailəşdirməməyi təkid edirlər.
İnsanlar borca- xərcə düşərək, illərlə evsiz- eşiksiz qalıb qəpik-qəpik yığdığı pulları bu kimi şirkətlər necə asanlıqla mənimsəyə bilər ?
Aidiyyəti dövlət qurumları bu kimi şirkətlərin fəaliyyətini araşdırmalı, onların bu yolla vətəndaşların aldadılmağına son qoyulmalı və fəaliyyətlərinə xitam verilməlidir.