22:05

Uşaqlar bizim gələcəyimizdir


Övladlarınızın təhsil yolunda ilk dayanacağı olan uşaq bağçaları uşaqların bacarıqlarını inkişaf etdirən cəlbedici fəaliyyətləri özündə cəmləşdirən rəqabətsiz mühitdir. Uşaq bağçası onların təhsil həyatları üçün möhkəm zəmin yaradır. Bağça təkcə təhsil vermir, həm də övladınızın sosial və emosional inkişafına da dəstək olur.

Onlar burada digər uşaqlarla sərbəst formada söhbətləşir, dostlaşır, paylaşmağı və bölüşməyi öyrənir. Övladınızı bağçaya göndərdiyiniz zaman ünsiyyət, konsentrasiya və öyrənmə problemlərinin olub-olmadığını daha erkən öyrənmək imkanınız olur. Müəllimlərin düzgün metodikası ilə burada uşağın nitqi, xüsusi ilə şifahi nitqi daha sürətli inkişaf edib zənginləşir. Lüğət ehtiyatı artır. O, ana dilini qrammatik qanunları əsasında danışmağa başlayır.

Uşağınızı doğru bağçaya yerləşdirmək üçün bir çox şeyi nəzərə almalısınız. Seçimlərin bolluğu valideynləri çox vaxt tərəddüddə qoyur. Uşağınızın xüsusi ehtiyaclarına əsasən mümkün olan ən yaxşı təhsili almasını təmin etmək üçün bağçada nə axtarmaq lazım olduğunu bilmək vacibdir.

Nümunəvi və sayılıb seçilən bağçalardan biri də "Mələklərim" uşaq bağçasıdır. Adı çəkilən bağçanın müdiri Tamara Məmmədovadır.



Tamara Dadaş qızı Məmmədova 1990-cı ildə Vozveşenski rayonunda anadan olub.. 2007-ci ildə Sabunçu rayonunda 81sayılı orta məktəbi bitirib. Elə həmin ildə “Azərbaycan Dövlət Pedaqoji Universiteti”nin “Məktəbəqədər təhsil” fakültəsinə daxil olub. 2011-ci ildə oranı bitirdikdən sonra.
2011-ci ildə “Free baby” uşaq bağçasında tərbiyəçi-müəllim ,2017-cı ildən. “Raya” uşaq bağçasına müdirə təyin edilmişdir.
.
2024-cü ildən isə “Mələklərim” uşaq bağçasına müdirə təyin edilmişdir. Onun rəhbərliyi altında bağçada müxtəlif yeniliklər həyata keçirilib.Təlim tərbiyə işləri yüksək səviyyədədir.
Uşaqlara əsasən nəyi və necə öyrədirsiz sualına Tamara Məmmədova belə cavab verdi :
" Uşaqlar mənsub olduqları torpağın, ölkənin ümidi, gələcəyidir. Qayğı, diqqət, yüksək həssaslıq tələb edən uşaqlar, eyni zamanda, Azərbaycanda da dövlət siyasətinin ən vacib prioritetidir. Ulu öndər Heydər Əliyevin : “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” sözləri gələcəyimiz olan körpələrin ehtiyaclarına, inkişafına və tərbiyəsinə olan dövlət qayğısının bariz nümunəsidir. Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu dövlət uşaq siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Odur ki, biz də öhdəmizə düçən vəzifə borcumuzu layiqincə yerinə yetirərək, gələcəyin nümunəvi vətəndaşının bünövrəsini qoymağa çalışırıq."