12:52

Ekstrasens və şəfa ocağı


Hər əsr və hər yeni kəşflə elmi bilik üsulları dindən və möcüzələrə inananlardan ardıcıl nailiyyətlər qazanır. Eyni zamanda, elmin hələ cavab verə bilmədiyi daha çox yeni suallar ortaya çıxır.
Elə insanlar var ki, başqalarının əhval-ruhiyyəsini və niyyətlərini oxumaq qabiliyyəti orta səviyyədən xeyli yüksəkdir. Bu inkişaf etmiş intuisiya, psixologiya anlayışı, empatiya, təəssürat yaratmaq bacarığı və nəhayət, geniş erudisiya ola bilər - bu keyfiyyətlərin hər biri insanlara təsir etməyə kömək edir.
Ancaq kömək etmək və fırıldaqçılıq arasında böyük fərq var. Məsələn, intihara təhrik etmək, tibbi müdaxiləni gecikdirmək və ya başqasının əmlakını mənimsəmək. Fırıldaqçılar üçün ekstrasens donu geyinmək çox rahatdır, çünki insanlar onlara etibar etməklə öz ruhlarını açır, sirləri açır və əmlaklarının təhlükəsizliyini unudurlar.

Ekstrasenslərin kim olduğunu, onların arasında həqiqi olanların olub-olmadığını və onları necə tanıyacağını anlamaq daha vacibdir.
Öncəgörmə tarixən olub və olacaq.Dünya tarixində bioenerjisi fərqli olan və öncəgörən insanlar arasında Nostardamus,Vanqa,Messing və s.göstərmək olar.
Təbii ki,müasir görücülərimiz də kifayət qədərdir.Rusiyanın “Bitva ekstrasensov”verilişinin yarışmasında həmyerlimiz Zirəddin və Etibar da iştirak edib.Digər tərəfdən də gələcəyi görmə kimi fövqəltəbii qabiliyyətə malik olan şəxslər ekstrasens hesab olunan şəxslərdirlər. Ekstrasens termini eyni zamanda, parapsixologoyada medium qabiliyyətlərinə sahib olduğu iddia edilən şəxsəri, yəni telepatiya, telekinez kimi paranormal qabiliyyətlərə sahib olduğu iddia edilən şəxsləri ifadə etmək üzrə də istifadə edilir. Ekstrasens termini ilə “psixolojik” terminləri arasındakı fərq, birinci terminin “bədənli ruh”u, ikinci terminin “zehin”i əlaqədar edər olmasıdır. Hal-hazırda parapsixologiya ilə məşğul olanlar “parapsixolojik” termini yerinə “ekstrasens” (psixik) terminini istifadə edirlər.
Arasdırma.info xəbər verir ki,əməkdaşımız bu yaxınlarda belə bir tanınmış ekstrasens Etibar Nəsibli ilə həmsöhbət olmuşdur.
Bu insanın unikal öncəgörücülük qabiliyyəti və şəfaverici qüvvəsi, onun adını bir çox yerlərdə tanıtmışdır.
Etibar Nəsibli saytın əməkdaşına bildirib ki, insanlar onun yanına şəfa tapmağa,məsləhət almağa daha çox gəlir.
Hamıya kömək etmək mümkün olmasa da müəyyən insanlar razı qalır.
Təbii ki,müxtəlif insanların müxtəlif xəstəlikləri,müxtəlif istəkləri ola bilər.O öz növbəsində çalışır ki,hamıya kömək etsin.
Etibar Nəsibli barədə danışanda onun çox güclü ekstrasens olmasından əlavə, həm də gözəl insan, xeyriyyəçi olduğunu da qeyd etmək lazımdır.
Bayramlarda imkansız ailələrə yardım olaraq öz şəxsi vəsaiti hesabına müəyyən aksiyalar keçirir.Xəstə adamlara dərman almağa yardımçı olur. Bu şəxsin qeyri-adi şəfaverici qüvvəsi çoxlarının həyatının cətin məqamında köməyinə çatıb.Bu kimi insanlar özləri üçün yaşamır,başqaları üçün yaşayır.Yaradıcılıq,ümidvericilik,şəfavericilik kimi keyfiyyətləri özündə birləşdirir.
Etibar Nəsiblinin daha bir unikal bacarığı hadisələri öncədən hiss etməkdir.
Dünya səviyyəli pronozları ilə gündəmə düşən Etibarın hələ də dedikləri doğru çıxır.
Bizim insanların bəzilərində hazırda psixoloji travması olanlar,depressiyaya düşənlər də var.Ailə daxilindəolan məsələlər,bu və ya digər səbəblərdən ailədə yaranan narazılıqlar insanları psixoloji olaraq çətin duruma salır.
İnanclı insanlar Etibar Nəsibliyə etibar edərək müraciət edirlər.O da öz növbəsində diqqətlə qulaq asaraq məsələyə öz münasibətini bildirir,öncəgörücülük ona bu işdə yardımçı olur.
Müraciət edənlərdən adının çəkilməsini istəməyən bir xanım ərinin ona xəyanət etdiyini və boşanmaq istədiyini bildirib.Etibardan ona kömək etməyi xahiş edib.Etibar Nəsibli bir neçə sans məsləhətlər verdikdən sonra ailədə mehribançılıq yaranıb.Qadının dediyinə görə,həyat yoldaşı nəinki xəyanət edir,hətta onu və uşaqlarını əvvəlkindən də artıq istəyir.
Təbii ki,xeyirxah əməllərlə insanlara kömək etmək heç də yüngül başa gəlmir.Baxıcı xeyli enerji itirir,müsbət enerji yükləməklə insanlara şəfa da verir.
Bu işdə Etibar Nəsibliyə uğurlar və can sağlığı arzulayırıq.