20:34

Dünya Alpaqut Federasiyasının idarə heyətinin toplantısı keçirilb


7 iyun 2023-cü il tarixində Dünya Alpaqut Federasiyasının idarə heyətinin toplantısı keçirildi.

resmixeber.info xəbər verir ki,Bakı İstanbul Liseyində təşkil olunan toplantıda İdarə Heyətinin üzvləri və Müşahidə Şurasının üzvləri iştirak etdilər.

Açılışı Dünya Alpaqut Federasiyasının prezidenti, deputat Jalə Əhmədova etdi. O, 2023-cü ilin 6 aylıq yekunlarına dair nəticələrlə bağlı məlumat verdi. Məlumatda bildirdi ki, Dünya Alpaqut Federasiyasının ICSSPE, TAFISA, Etno Oyunlar Konfederasiyası, Beynəlxalq Ədalətli Oyunlar (Fair Play) təşkilatı kimi tanınmış beynəlxalq idman təşkilatlarına üzvlüyünü Azərbaycan adına və milli idmanımız adına ilk və böyük uğur kimi qiymətləndirilir.

Dünya Alpaqut Federasiyasının İdarə Heyətinin sədri Vasif Namazov 2023-cü ilin sonuna qədər federasiyanın qarşısında daha ciddi hədəflərin olduğunu bildirdi. Daha sonra İdarə heyəti tərəfindən yeni departamentlərin yaradılmasının qərara alınması və eyni zamanda İctimai işlər üzrə vitse-prezidentin namizədliyinin qərara alınması müəyyən olundu.

Təqdimatla əlaqədar İdarə heyyətinin qərarı və DAF prezidentinin əmri ilə Nuran Hüseynov Federasiyasının İctimai işlər üzrə vitse-prezidenti, İlhamə Novruzova yeni yaradılmış Media və İctimaiətlə Əlaqələr departamentinin sədri, Elşad İman isə yeni yaradılmış IT departamentinin sədri vəzifəsinə təyin edildilər.

Daha sonra İdarə Heyətinin üzvləri Fərid Əlizadə, Qüdrət Nuriyev, Emil Rəhimov, Rafiq Qasımov və eyni zamanda Müşahidə şurasının üzvləri Orxan Vəliyev və Tural Abasquliyev yeni təkliflər ilə açılan mövzüda fikir mübadiləsi apardılar.

Yekunda, 4-cü Dünya Alpaqut Çempionatının Türkiyənin İstanbul şəhərinin ev sahibliyi etməsi ilə bağlı qərar qəbul edildi.

Sonda isə Jalə Əhmədova, Fərid Əlizadə və Emil Rəhimov mediaya toplantı ilə bağlı müsahibə verdilər və gündəmdəki sualları cavablandırdılar.