12:47

ALLAH tərəfindən ucalanları bəndə alçada bilməz! İt hürər, karvan keçər, kişilərin keçdiyi karvan yolu - Musa Abbasov

Çox pis zəmanədə yaşayırıq. Vəzifə, səlahiyyət sahibi olanlar arasında onlara yuxarılardan və aşağılardan olan inam və etimadı doğruldanları barmaqla saymaq olar. Ömrünü-gününü bu müqəddəs amala həsr edənlər, həmin barmaqla sayılanlar arasında Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov adının olması kimsəyə sirr deyil. Kişi əsl saflıq, təmizlik nümunəsidir.

Musa Abbasovun hər bir rəhbər şəxsə əsl nümunə, görk olan yüksək məziyyətlərindən danışmaqla onun portretinin cizgilərini cızmaq belə mümkün deyil. Bir də sözümüzü tərsə başa düşməyələr. O portreti cızılacaq adam kimsənin xəyalından belə “inanan daşa dönsün” fikri o böyük ürək sahibinə qarşı çox böyük hörmətsizlik olardı.

Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Musa Abbasov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Son günlər bəzi internet saytlarında Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Adı bizim, dadı Musanın olan Mərkəzi Neftçilər Xəstəxanası... - Xəstəxananın direktoru Musa Abbasov KAFE işlədir?..." başlıqlı yazı yazaraq gözdən salmağa çalışırlar.

Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.



resmixeber.infoolaraq, araşdırdıq ki, kafe 2011 ildən fəaliyyət göstərir. Bu da sübut olunur ki, bunun Musa Abbasova heç bir aidiyyatı yoxdur. Yeni təyin olunan, xalqına, millətinə, dövlətinə xidmət edən bir direktor haqqında şantaj xarakterli yazı yazanda özünüzü gülünc gününə qoymayın bəzi sayıt rəhbərləri ""

Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.