01:12

Bəzi sayt rəhbərləri Baba Rzayev və kürəkəni Fərid Fərhadzadə haqqında şantaj xarakterli yazı yazanda yaxşı-yaxşı fikirləşin, gözünüz açıq olsun, gördüyünüzü yazın, eşitdiyinizi yox!

ALLAH tərəfindən ucalanları bəndə alçada bilməz! İt hürər, karvan keçər, kişilərin keçdiyi karvan yolu

Çox pis zəmanədə yaşayırıq. Vəzifə, səlahiyyət sahibi olanlar arasında onlara yuxarılardan və aşağılardan olan inam və etimadı doğruldanları barmaqla saymaq olar. Ömrünü-gününü bu müqəddəs amala həsr edənlər, həmin barmaqla sayılanlar arasında “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev və kürəkəni Fərid Fərhadzadənin adının olması kimsəyə sirr deyil. Kişi əsl saflıq, təmizlik nümunəsidir.

Baba Rzayev və kürəkəni Fərid Fərhadzadənin hər bir rəhbər şəxsə əsl nümunə, görk olan yüksək məziyyətlərindən danışmaqla onun portretinin cizgilərini cızmaq belə mümkün deyil. Bir də sözümüzü tərsə başa düşməyələr. O portreti cızılacaq adam kimsənin xəyalından belə “inanan daşa dönsün” fikri o böyük ürək sahibinə qarşı çox böyük hörmətsizlik olardı.

Son günlər bəzi internet saytlarında “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev və kürəkəni Fərid Fərhadzadə ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. “Azərenerji”nin 4,2 milyonluq tenderini Baba Rzayevin qohumlarına bağlı şirkət uddu - Faktlar" başlıqlı yazı yazaraq gözdən salmağa çalışırlar. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev kürəkəni Fərid Fərhadzadə haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.

Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.