10:47

Bakının bu ünvanında evlər söküləcək - Kvadratına 3 min AZN kompensasiya

Bakının Yasamal rayonu ərazisində daha bir ərazidə fərdi evlər söküləcək.

Baku.ws-in əldə etdiyi məlumata görə, söhbət Çəmbərəkənd parkı ətrafındakı evlərdən gedir.

Belə ki, Gəray Əsədov və İsmayıl Bəy Qutqaşınlı küçələrinin sakinlərinə söküləcək evləri müqabilində kompensasiyalar təklif olunur. Ərazidə söküntü işini həyata keçirən nümayəndələr sakinlərin bir qisminə kvadrat metrinə görə 3 min manat kompensasiya təklif edib. Sakinlərin digər qisminə isə kompensasiya məbləği 2 min AZN açıqlanıb.

Qeyd edək ki, söküləcək evləri şəhərin mərkəzində yerləşdiyi üçün sakinlərdən bir qrupunun 2 min AZN-lik kompensasiya məbləği ilə razılaşmadıqları bildirilir.