15:00

Azad edilən ərazilərdə işləyən mütəxəssislər yüksək maaş alacaqlar

Azad edilən ərazilərdə işləyən mütəxəssislər yüksək maaş alacaqlar.

Report xəbərinə görə, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik təklif edilir.

Dəyişikliklə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən ediləcək. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunacaq.

Dəyişiklik layihəsi qəbul olunacağı təqdirdə 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək.