01:56

Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin edilir


Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin edilir.

resmixeber.info xəbər verir ki,bu barədə "Report"a Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev Fikrət Fərrux oğlu Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisə təqdimat verib. Təqdimata parlamentdə müvafiq qaydada baxılacaq.

Xatırladaq ki, F.Məmmədov bundan öncə ədliyyə naziri olub.