02:00

Şiştəpədə atışma: Güllələnən şəxs görün kimdir


Şəmkir rayonunda atışma baş verib.



resmixeber.info xəbər verir ki, bu barədə Gununsesi.info-ya rayondakı mənbələr bildirib.



Xəbərə görə, atışma rayonun məşhur Şiştəpə kəndinin sakinləri arasında baş verib.




İlkin məlumata görə, Şiştəpə kəndinin Babək adlı sakini və ona yaxın olan şəxslər əvvəllər aralarında ədavət olan həmkəndlisi Zabil Aslanovu avtomat silahdan atəş açaraq güllələyib.



6-7 güllə yarası alan Zabil Aslanov ağır yaralı halda Gəncədəki xəstəxanalardan birinə çatdırılıb.



Onun vəziyyətinin ağır olduğu deyilir.