13:47

Azərbaycan iqtisadiyyatı böyüyüb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 121,4 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,8% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Məlumata görə, son 1 ildə İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,4% azalıb, qeyri neft-qaz sektorunda isə 9,2% artıb.

ÜDM istehsalının 52,7%-i sənaye, 8%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,9%-i nəqliyyat və anbar təsərrüfatı, 5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,8 %-i tikinti, 1,5 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3%-i informasiya və rabitə sahələrinin, 14,3%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,5%-ni təşkil edib.

İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri 49,8% artaraq 12 064 manat olub.