13:48

Adambaşına düşən milli gəlir 7 min dolları keçəcək - NAZİR

Azərbaycanda gələn il adambaşına düşən milli gəlir 7 min ABŞ dollarını keçəcək.

Report xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq komitəsinin iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Bundan başqa, nazir deyib ki, 2023-cü ildə Azərbaycanın ümumi daxili məhsul (ÜDM) istehsalının dəyərinin 160 milyard manatı, o cümlədən qeyri-neft ÜDM-nin dəyərinin isə 73,3 milyard manatı keçəcəyi gözlənilir.

"Gələn il illik inflyasiyının 6,9 % təşkil edəcəyi, 2024-2026-cı illərdə (4+/-2%) hədəf diapazonuna qayıtması gözlənilir", - M.Cabbarov əlavə edib.