12:35

Ərzaq qiymətlərində azalma gözlənilir - Mərkəzi Bank

Qlobal ərzaq qiymətlərinə, FAO indekslərinə baxdıqda may ayından başlayaraq ərzaq qiymətlərində azalma görürük.

“Bunu Mərkəzi Bankın Baş direktoru Vüqar Əhmədov deyib. O bildirib ki, bu azalma 2021-ci ildən əvvəlki qiymətlər səviyyəsinə çatmaq üçün kifayət deyil.

“Lakin ərzaq qiymətlərinin xammal bazası üzrə qiymətlərində azalma var və bu azalmaların yerli iqtisadiyyatlara ötürücülüyü olur. Əvvəlki qiymətlərlə olan məhsullar anbarlarda azalır və yeni qiymətlərdə olan məhsullar gəlir”.

Mərkəzi Bank nümayəndəsi bildirib ki, növbəti ildə inflyasiyanın bu səbəbdən daha aşağı olacağı gözlənilir: “Qlobal bazarda ərzaq məhsullarının qiyməti ölkələrin ixrac siyasətindən asılıdır. Aparcı təşkilatlar tərəfindən qlobal bazarda ərzaq qiymətlərində azalma gözlənilir”.