13:30

Azərbaycan İsrailin startapına 1 milyon dollar yatırdı

İsrailin "OurCrowd" şirkəti ilə əməkdaşlıq çərçivəsində İqtisadiyyat Nazirliyinin "Azərbaycan İnvestisiya Şirkəti" ASC fəaliyyəti dövründə ilk dəfə texnoloji startap layihəsinə 1 milyon ABŞ dolları dəyərində investisiya yatırıb.

Bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.

Məlumata görə, investisiya yatırılmış İsrailin "LARGIX" startapı sənaye məhsullarının hazırlanması üzrə ixtisaslaşır.