08:12

İspaniyada oynayan 5 azərbaycanlı milliyə gətirildi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin oktyabrın 7-8-də Bakıda təlim-məşq toplanışı olacaq.

Resmixeber.info xəbər verir ki, oktyabrın 9-dan 17-dək Birləşmiş Ərəb Əmirliklərinin Ajman şəhərində hazırlıq keçəcək U-17 Avstraliyanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyununda qarşılaşacaq.

Millimizin bu oyunlar üçün heyəti açıqlanıb. Hazırda İspaniyanın "Marset" akademiyasının üzvü olan 5 azərbaycanlı da milliyə çağırılanlar arasındadır.//Sportinfo.az